Linux-da faylları Arxivləşdirmə və Sıxma
Salam əziz dostlar, Bu gün sizə Linux distrolarda arxivləşdirmə haqqında məlumat yazacağıq. Arxivləşdirmə və Çıxarma prosesi Windows-dan bir az fərqli olduğu üçün nu haqqda məqalə yazmaq qərarınmı aldım.Linux-da arxivləşdirmə, fayl və folderləri sıxılmış və ya sıxılmamış formatlarda tək bir fayla yığmaq üçün istifadə olunur. Arxiv faylları saxlanılması və ötürülməsi asan olan fayllardır. Linux-da ən çox istifadə edilən arxivləşdirmə və sıxışdırma alətləri aşağıdakılardır:
1. tar (Tape Archive)
tar fayl və folderdə arxiv faylına birləşdirmək və bu arxivləri çıxarmaq üçün istifadə olunan əsas alətdir. O, sıxılmış və ya sıxılmamış arxivlər yarada bilər.
Əsas istifadəsi:
Arxiv yaratmaq üçün:
tar -cvf archive.tar /path/to/files
Burada -c yeni arxiv yaradır, -v əmrin icrasını göstərir və -f fayl adını bildirir.
Arxivləşmiş faylı arxivdən çıxarmaq üçün
tar -xvf archive.tar
Burada -x arxivi çıxarır.
2. İndi isə Gzip ilə sıxışdırılmış faylı arxiv yaratmağı göstərəcəyik.
tar -czvf archive.tar.gz /path/to/files
Burada -z hərifi faylın gzip ilə sıxışdırıldığını göstərir.
Gzip sıxılmış faylı çıxarmaq üçün:
Nümunə: tar -xzvf archive.tar.gz
3. gzip və gunzip
gzip faylları sıxışdırmaq üçün istifadə olunur, gunzip isə gzip formatında
sıxılmış faylları açır.
Faylı sıxmaq üçün aşağıdakı nümunə komandadan istifadə edə bilərik:
Nümunə komanda: gzip faylın_adı
Bu komandanı icra etdikdən sonra fayl faylın_adı.gz olaraq dəyişdiriləcək.
İndi isə sıxışdırılmış faylı necə çıxaracağımıza baxacağıq.
Nümunə komanda: gunzip faylın_adı.gz
4.zip və unzip
zip faylları sıxışdırmaq və bir neçə faylı bir arxiv faylına yığmaq üçün istifadə olunur.
unzip isə sıxışdırılmış zip fayllarını açır.
Nümunə Zip faylı yaratmaq üçün:
zip archive.zip fayl1 fayl2
Bütün folderi zip faylına çevirmək üçün aşağıdakı komandandan istifadə edirik
zip -r archive.zip /path/to/folder
Zip edilmiş faylı çıxarmaq üçün:
Nümunə komanda: unzip archive.zip
5.bzip2 və bunzip2
İndi isə daha güclü sıxışdırma proqramı olan bzip və bunzip2 dən danışacağıq. bzip kimi işləyir.
Amma daha güclü sıxma alqoritimindən istifadə edərək faylları sıxışdırırı.
Faylı sıxmaq üçün:
bzip2 faylınadı
————————————-
Sıxışdırılmış faylı açmaq üçün:
bunzip2 faylınadı.bz2
6.7z (7-Zip)
7z daha güclü sıxma gücünə malik arxivlər yaratmaq üçün istifadə olunur.
7z faylı yaratmaq üçün:
7z a archive.7z /path/to/files
7z faylını çıxarmaq üçün:
7z x archive.7z
Bu tool-ları Linux-distrolada arxivləşdirmə və sıxışdırma işlərində ən çox istifadə olunan vasitələrdir.
Əlavə olaraq:
Arxiv Yaratmaq:
Fayl və ya qovluğu .tar.gz formatında sıxışdırmaq üçün aşağıdakı komandanı istifadə edə
bilərsiniz:
tar -czvf arxiv_fayli.tar.gz fayl_yolu/
Burada:
-c – arxiv yaratmaq,
-z – gzip ilə sıxışdırmaq,
-v – arxivlənmə prosesini ekranda göstərmək (isteğe bağlıdır),
-f – arxiv faylının adını təyin etmək,
fayl_yolu/ – arxivə əlavə etmək istədiyiniz fayl və ya qovluğun yolu.
Arxivi açmaq:
Arxiv faylını çıxarmaq üçün isə:
tar -xzvf arxiv_fayli.tar.gz
Burada:
-x – arxivi açmaq,
-z – gzip ilə sıxılmış faylı çıxarmaq,
-v – çıxarma prosesini göstərmək,
-f – arxiv faylının adını göstərmək.
Bu komandalar Linux-da arxiv yaradıb açmaq mümkündür.