RPM paketlərini DEB-ə necə çevirmək olar?

Linux sistemlərində fərqli paket idarəetmə sistemləri mövcuddur. Red Hat əsaslı sistemlərdə RPM (Red Hat Package Manager), Debian əsaslı sistemlərdə isə DEB (Debian Package) formatı istifadə olunur.
Bəzən sizə RPM formatında bir paket təqdim edilə bilər, lakin onu Debian və ya Ubuntu sistemində işlətmək istəyərsiniz. Bu halda alien adlı alətdən istifadə edərək RPM paketini DEB formatına çevirmək mümkündür.
1. Alien Alətinin quraşdırılması üçn lazım olan addımlar.Əgər sisteminizdə alien quraşdırılmayıbsa, onu aşağıdakı əmrlə quraşdıra bilərsiniz Bu komandalar alien və onun asılılıqlarını sisteminizə yükləyəcək.
RPM Paketi İçindəki faylları çıxarmaq Əgər alien düzgün işləmirsə, rpm2cpio və cpio alətlərindən istifadə edərək RPM paketini çıxara bilərsiniz Bu əmrlə RPM paketinin içindəki faylları cari qovluğa çıxara bilərsiniz. Daha sonra onları əl ilə lazımi qovluqlara yerləşdirərək paketi sistemə quraşdıra bilərsiniz.
2. RPM paketini DEB formatına çevirmək RPM paketini DEB formatına çevirmək üçün aşağıdakı əmrdən istifadə edin Bu komanda paket.rpm adlı RPM paketini paket.deb adlı DEB paketinə çevirəcək.Çevirilmiş paketi quraşdırmaq üçün Əgər çevrilmiş DEB paketini sisteminizə quraşdırmaq istəyirsinizsə, aşağıdakı komandanı icra edin Alien tool müxtəlif əlavə seçimlər təqdim edir Bəzi paketlərdə skriptlər olur. Əgər onların saxlanmasını istəyirsinizsə Əgər çevrilmiş paketdə orijinal RPM paketinin versiyasını qorumaq istəyirsinizsə Bəzən çevrilmiş paketlərin quraşdırılması zamanı asılılıqlar yarana bilər. Onları həll etmək üçün aşağıdakı əmrdən istifadə edə bilərsiniz Bu komanda çatışmayan asılılıqları avtomatik yükləyəcək və quraşdırmanı tamamlayacaq.Alien aləti RPM və DEB paket formatları arasında çevirmə üçün faydalı vasitədir. Lakin, hər bir paket uğurla çevrilməyə bilər, çünki bəzi RPM paketləri sistemin spesifik modullarına ehtiyac duyur. Buna görə, çevirdiyiniz paketin düzgün işlədiyinə əmin olmaq üçün onu əvvəlcə test mühitində sınamağınız tövsiyə olunur.RPM paketlərini DEB formatına çevirmək üçün bu üsulları istifadə edərək, Debian və Ubuntu əsaslı sistemlərdə rahatlıqla RPM paketlərini işlədə bilərsiniz.