
Salam əziz oxucular, bu gün sizə Kibertəhlükəsizlikdə Məxfilik və Təhlükəsizlik haqqında ətraflı məqalə hazırlayacağıq. Rəqəmsal dövrdə məxfilik və təhlükəsizlik anlayışları tez-tez bir-biri ilə qarışdırılır. Ancaq bu iki termin fərqli məna daşıyır və hər biri məlumatlarımızın qorunması üçün vacibdir. Bəs məxfilik və təhlükəsizlik arasındakı əsas fərqlər nələrdir? Bu yazıda bu anlayışları daha ətraflı izah edəcək və onların praktiki tətbiqini araşdıracağıq.
Məxfilik (Privacy) nədir?
Məxfilik, fərdlərin şəxsi məlumatlarının hansı şəraitdə və kimlər tərəfindən toplanıb istifadə edildiyini müəyyən edən bir anlayışdır. Yəni, məxfilik istifadəçinin məlumatlarına nəzarət etməsi ilə bağlıdır. Əsas xüsusiyyətlərinə nəzər saldıqda Məlumatların hansı məqsədlə istifadə olunduğunu təyin etmək,şəxsi məlumatların üçüncü tərəflərlə paylaşılmasının qarşısını almaq və anonimlik və şəxsi məlumatların qorunmasını təmin etmək Məxfiliklə bağlı nümunələrə baxdıqda isə Sosial media platformalarında gizlilik ayarlarını tənzimləmək, axtarış sistemlərinin və tətbiqlərin məlumat toplamasını məhdudlaşdırmaq və ən əsası kukilər (cookies) vasitəsilə izlənilməyə nəzarət etmək lıazmıdır.
Təhlükəsizlik (Security) nədir?
Təhlükəsizlik, şəxsi və ya təşkilati məlumatların icazəsiz girişlərdən, kibertəhdidlərdən və kiberhücumlardan qorunması üçün tətbiq olunan texnologiya və metodları əhatə edir.Xüsusiyyətlərə nəzər saldıqda Məlumatların icazəsiz girişlərdən qorunması,kibertəhlükələrə qarşı müdafiə tədbirlərinin görülməsi və şifrələmə və autentifikasiya sistemlərindən istifadə təhlükəsizliklə bağlı nümunələrə baxdıqda Güclü şifrələrin istifadəsi və iki mərhələli doğrulama (2FA),antivirüs və firewall proqramlarından istifadə etmək və Məlumatların şifrələnməsi və ehtiyat nüsxələrinin yaradılması
Məxfilik və Təhlükəsizlik arasındakı fərqlərə baxdıqda
Bəs niyə hər İkisi vacibdir?
Məxfilik və təhlükəsizlik bir-birini tamamlayan anlayışlardır. Güclü təhlükəsizlik tədbirləri olmadan məxfilik təmin edilə bilməz. Eyni zamanda, məxfilik qaydalarına əməl olunmazsa, istifadəçilərin məlumatları istənilən halda risk altında ola bilər.
✅ İctimai Wi-Fi şəbəkələrindən istifadə edərkən VPN işlədin (Məxfilik və təhlükəsizlik üçün)
✅ Şəxsi məlumatlarınızı yalnız etibarlı saytlarda paylaşın (Məxfilik üçün)
✅ Şifrələrinizi güclü saxlayın və iki faktorlu autentifikasiya tətbiq edin (Təhlükəsizlik üçün)
Sonunda isə
Məxfilik və təhlükəsizlik, rəqəmsal dünyada hər bir fərd və təşkilat üçün prioritet olmalıdır. Məxfilik bizə şəxsi məlumatlarımızın necə istifadə edildiyini idarə etmə imkanı verir, təhlükəsizlik isə bu məlumatların qorunmasını təmin edir. Hər ikisinin balanslı şəkildə qorunması, rəqəmsal mühitdə daha təhlükəsiz və rahat hərəkət etməyə imkan yaradır.
📌 Siz məxfilik və təhlükəsizlik üçün hansı addımları atırsınız? Şərhlərdə fikirləriniz bizim üçün vacibdir!