Linux

Özümüz üçün yeni əməliyyat sistemi yaratmaq

Salam əziz oxuclar, bu gün demək olar ki bir çoxumuzu maraqlandıran suallardan birinə cavab tapmağa sizlə birlikdə baxacağıq.Ağlımıza qoyduq ki, yeni bir əməliyyat sistemi (OS) qurmaq istəyitrik. Bəs əməliyyat sisteminin qurulması prosesi necə olur?  ƏS qurmaq və ya mövcud Linux nüvəsindən istifadə edərək özümüz üçün özəlləşdirilən OS yaratmaq ciddi texniki bilik və planlaşdırma tələb edir. Aşağıda bu prosesi addım-addım izah edirəm

Yeni bir əməliyyat sistemi yaratmaq üçün aşağıdakı sahələrdə təməl bilikləriniz olmalıdır. C Proqramlaşdırma Dili: Linux nüvəsi əsasən C ilə yazılıb. Bu dili yaxşı səviyyədə bilmək vacibdir.Linux Kernel Arxitekturasını nüvənin necə işlədiyini və onu necə konfiqurasiya edə biləcəyinizi öyrənməlisiniz.Fayl sistemləri, proseslər, şəbəkə idarəetməsi və digər sistem komponentləri ilə tanışlıq vacibdir.Hardware anlayışı OS-unuz hansı cihazlar üzərində işləyəcək? CPU, yaddaş və digər cihazların işləmə prinsiplərini başa düşməlisiniz.

Məqsədi müəyyən edin ki, Yeni OS hansı problemi həll edəcək,Hədəf istifadəçi kimdir (Desktop, server, mobil, gömülü sistem və s.),Nə qədər resurs tələb edəcək.Burda planınızı hazırladınız deyək növbəti addım isə hansı fayl sistemindən istifadə edəcəksiniz? (ext4, btrfs, və s.),qrafik interfeys olacaqmı, yoxsa sadəcə terminal,Şəbəkə dəstəyi, təhlükəsizlik və digər modullar necə olacaq,

Linux Kernel-i seçərək onu öz OS-unuz üçün uyğunlaşdırmaq üçün kernel mənbə kodunu yükləyin Kernel.org saytından ən son və ya uyğun bir versiyanı yükləyin.Sonrakı addım kerneli konfiqurasiya edin.make menuconfig və ya make xconfig istifadə edərək nüvə modullarını seçin.Nüvəni sisteminizə uyğunlaşdırmaq üçün kompilyatorlar (məsələn, GCC) ilə kernel mənbə kodunu tərcümə edin.

make -j$(nproc)
make modules_install
make install

Növbəti addım isə fayl sistemi əməliyyat sisteminin vacib hissəsidir. Bir fayl sistemi yaratmaq üçün Root fayl sistemini təşkil edin Minimum olaraq aşağıdakı qovluqlar lazımdır: /bin, /sbin, /lib, /etc, /usr, /var.  qovlquları yaratdıqdan sonra Bu qovluqlara uyğun proqramlar əlavə edin (məsələn, bash, init, systemd).

Minimal root fayl sistemi yaratmaq üçün BusyBox kimi vasitələrdən istifadə edin.Proses bitdikdən sonra fayl sistemini ISO və ya disk şəkli (image) olaraq yaradın.

Növbəti addım isə bootloader, əməliyyat sisteminizi yükləmək üçün vacibdir. Linux-da ümumiyyətlə GRUB və ya Syslinux istifadə olunur.GRUB-u konfiqurasiya etmək üçün /boot/grub/grub.cfg faylını yaradaraq nüvəni işə salın.

Gəldik son tamamlanma işlərinə əgər əməliyyat sisteminizdə qrafik interfeys olmasını istəyirsinizsə.X Server və ya Wayland: qrafik mühit üçün istifadə olunan əsas serverlər.Masaüstü mühitlər üçün GNOME, KDE, XFCE kimi mövcud mühitlərdən istifadə edə və ya öz interfeysinizi yaza bilərsiniz.

Packet managment proqramların idarə olunması üçün paket meneceri hazırlayın və ya mövcud birini (məsələn, apt, yum) fərdiləşdirin.Əgər əməliyyat sistemi hazır vəziyyətə gəldisə OS-u VirtualBox, QEMU və ya VMware kimi virtual mühitlərdə test edin.Debug üçün gdb və ya strace kimi vasitələrdən istifadə edin.

Əgər artıq tes mühitindən uğurlu keçdisə, OS-u CD/DVD və ya USB-yə quraşdırıla bilən şəkildə hazırlayın

mkisofs -o myos.iso -b boot/grub/stage2_eltorito /path/to/iso

OS-unuzun istifadəsi üçün bələdçi yazın və istifadəçilərdən gələn rəyləri qəbul etmək üçün dəstək kanalları yaradın.

Linux yaratmaq üçün başlamağa hazır vasitələr

Buildroot: Minimal Linux sistemi yaratmaq üçün vasitə.
Yocto Project: Gömülü sistemlər üçün xüsusi Linux sistemi yaratmaq üçün platforma.
LFS (Linux From Scratch): Əsasən öyrənmək və öz OS-unuzu yaratmaq üçün addım-addım təlimatlar təqdim edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button