Linux

Linux Cron ilə loglama və backup prosesi

Linux-da cron sistemi təkrarlanan və ya planlaşdırılmış işləri avtomatik həyata keçirmək üçün istifadə olunur.

Bu, sistem administratorları və inkişafçılar üçün çox vacib bir vasitədir, çünki müxtəlif işləri, məsələn, Backup çıxarılması, fayl təmizləmə, avtomatik yeniləmələr və digər prosesləri müəyyən zaman intervallarında avtomatik yerinə yetirmək üçün imkan yaradır.

Cron-nun əsasları aşağıdakı kimidir
Cron tapşırıqları  yerinə yetirmək üçün xüsusi bir fayl olan crontab-dan istifadə edir. Hər bir istifadəçinin öz crontab faylı var və sistem bu fayla əsasən hər bir istifadəçi üçün fərdi tapşırıqları icra edir. Root istifadəçisi bütün sistem üzrə crontab təyin etmə imtiyazına sahibdir.

Crontab-ın  faylı strukturu
Cron tapşırıqlarını təyin etmək üçün hər bir sətirdə müəyyən bir qaydaya riayət etmək lazımdır. Struktur belədir:

* * * * * <komanda>
| | | | |
| | | | +– Həftənin günü (0-7) (bazar 0 və ya 7 olaraq qəbul edilir)
| | | +—- Ay (1-12)
| | +—— Ayın günü (1-31)
| +——– Saat (0-23)
+———- Dəqiqə (0-59)

Hər bir iş dəqiqə, saat, gün, ay və həftənin günü üzrə müəyyən edilir. Əgər ulduz (“*”) işarəsindən istifadə olunarsa, bu, bütün dəyərləri əhatə etdiyini göstərir. Nümunəyə baxsaq tam başa düşəcəyik.

**0 2 * * *** – Hər gün saat 2-də icra olunacaq.
***/10 * * * *** – Hər 10 dəqiqədən bir icra olunacaq.
**15 14 1 * *** – Hər ayın 1-i, saat 14:15-də icra olunacaq.
Crontab faylına tapşırıq əlavə etmək

Crontab faylını açmaq üçün:

crontab -e 

Bu komanda isə sizin istifadəçi crontab faylınızı açacaq. Faylda yeni tasklar əlavə edib, saxladıqda, sistem həmin taskalrı təyin olunmuş vaxta görə avtomatik olaraq yerinə yetirəcək.

Cron Tapşırıqlarını Görüntüləmək
Yaradılmış cron taskalrını görüntüləmək üçün:

crontab -l

Cron loglarını yoxlamaq üçün
Cron tasklarının qeydlərini (loglarını) izləmək üçün /var/log/syslog və ya /var/log/cron fayllarına baxmaq mümkündür
tail -f /var/log/syslog | grep CRON
Ehtiyat nüsxəsini çıxarmaq (Backup )
Cron vasitəsiləbackup  avtomatlaşdırmaq üçün xüsusi skript yaza bilərsiniz. Məsələn, bir qovluğun ehtiyat nüsxəsini hər gün saat 3-də yaratmaq üçün aşağıdakı kimi bir cron tapşırığı yarada bilərsiniz.

Nümunə üçün
Ehtiyat Skriptini Yaradın: /home/user/backup.sh faylı yaradın və içindəki məzmunu aşağıdakı kimi yazın

#!/bin/bash
tar -czf /home/user/backups/backup_$(date +\%Y\%m\%d).tar.gz /home/user/data

 

Cron taskalarını əlavə Edin:

Hər gün saat 3-də bu skriptin icra olunması üçün crontab-da tapşırıq əlavə edin:

0 3 * * * /home/user/backup.sh

 

Qeyd: Bizim yaratdığımız cron-da  Bu əməliyyat, /home/user/data qovluğunun ehtiyat nüsxəsini çıxarıb, nəticəni /home/user/backups/ qovluğunda tarixə görə saxlayacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button