Linux

Zsh (Z Shell) nədir necə qurulur

Müasir İT dünyasında  terminal proqramçıların,sistem administratorların, Kibertüəhlükəsizlik, Şəbəkə adminlərinin  əvəzedilməz tool-ları sırasındadır. terminaldan  səmərəli işləmək nəinki vaxta qənaət edir, həm də iş axınınızı xeyli yaxşılaşdırır. Bu nöqtədə, Zsh (Z Shell) təklif etdiyi qabaqcıl xüsusiyyətləri və fərdiləşdirmə imkanları ilə seçilən klassik Bash kernelinə güclü bir alternativ təklif edir.

Zsh istifadəçilərinə təklif etdiyi çeviklik və genişlənmə qabiliyyəti ilə tanınır. Avtomatik tamamlama, təkmil skript imkanları, komanda tarixçəsinin idarə edilməsi və güclü mövzu dəstəyi kimi xüsusiyyətlər terminal təcrübənizi növbəti səviyyəyə qaldırır. Xüsusilə “Oh My Zsh” kimi alətlər sayəsində Zsh-in quraşdırılması və fərdiləşdirilməsi çox asanlaşır.

 

Zsh (Z Shell), Unix-bazlı əməliyyat sistemlərində istifadə olunan bir komanda ilə kernel arasında tərcüməçisidir. Zsh, bash (Bourne Again Shell) və digər shell-lərlə müqayisədə daha zəngin xüsusiyyətlərə və imkanlara malikdir. Onun əsas xüsusiyyətləri bunlardır:

Tab ilə avtomatik tamamlama: Zsh, komanda və fayl adlarını avtomatik tamamlama üçün güclü imkanlara malikdir. Bu, istifadəçinin daha az yazaraq daha çox iş görməsinə kömək edir.

Müxtəlif Temalar: Zsh, istifadəçilərin fərdiləşdirməyə imkan tanıyan çox sayda tema və stil dəstəkləyir. İstifadəçilər görünüşü və hissiyatı asanlıqla dəyişdirə bilərlər.

Plugin Dəstəyi: Zsh, müxtəlif plaginlər vasitəsilə funksionallığını genişləndirməyə imkan verir. Populyar “oh-my-zsh” çərçivəsi, istifadəçilərin Zsh-in imkanlarını artırmaq üçün geniş plagin və tema toplusu təqdim edir.

Fərdiləşdirilə bilən Qısa Yollar: Zsh, istifadəçilərə tez-tez istifadə etdikləri əmrləri qısa yollarla çağırmağa imkan verir, bu da iş prosesini sürətləndirir.

Təkmilləşdirilmiş Tarix İdarəsi: Zsh, istifadəçilərə keçmişdə icra olunan əmrləri daha rahat tapmağa və istifadəyə imkan tanıyan inkişaf etmiş tarix idarəetməsi təklif edir.

Shell Scripting: Zsh, güclü scripting imkanları təqdim edir, bu da onu avtomatlaşdırma və skript yazma üçün ideal edir.

Zsh, öz xüsusiyyətləri və istifadəçi dostu interfeysi ilə, proqramçılar və sistem administratorları arasında populyarlıq qazanmışdır. Həmçinin, Zsh-in konfiqurasiyası çox asandır və istifadəçilər öz tələblərinə uyğun olaraq onu asanlıqla düzəldə bilərlər.

Bu yazıda Zsh-in quraşdırılması və əsas istifadəsi haqqında məlumat verməyə çalışacağam. Əgər hazırsınızsa, terminal təcrübənizi təkmilləşdirəcək bu səyahətə başlayaq!

Quraşdırma üçün

Zsh-in qurulması əməliyyat sistemindən asılı olaraq dəyişə bilər. Aşağıda Linux və macOS üçün Zsh-in necə quraşdırılacağını izah edəcəyəm.

Linux

  1. Terminalı açın.
  2. Zsh-i quraşdırın:

  Debian/Ubuntu:

     sudo apt update
     sudo apt install zsh
Fedora
sudo dnf install zsh

Arch Linux:

sudo pacman -S zsh

Zsh-i default shell kimi təyin edin:

chsh -s $(which zsh)

Dəyişikliklərin yadda saxlanması üçün terminalı yenidən açın.

 

macOS

  1. Terminalı açın.
  2. Zsh-i quraşdırın (macOS 5.7 və sonrası Zsh standart olaraq gəlir):

Homebrew istifadə edirsinizsə, quraşdırın:

brew install zsh

Zsh-i default shell kimi təyin edin:

chsh -s $(which zsh)

Dəyişikliklərin qüvvəyə minməsi üçün terminalı yenidən açın.

Dəyişikliklərin qüvvəyə minməsi üçün terminalı yenidən açın.

İlkin confiqurasiya

Zsh ilk dəfə açıldığında, sizi konfiqurasiya etməyə yönləndirəcək. Buradan seçimlərinizə uyğun bir konfiqurasiya seçə bilərsiniz.

Oh My Zsh qurulması üçün (İstəyə bağlı)

Zsh-i daha da gücləndirmək üçün “Oh My Zsh” çərçivəsini quraşdıra bilərsiniz:

Terminalda aşağıdakı əmri çalışdırın:

Terminal üçün fərqli temalar yükləmək üçün klik edin.

       Oh My Zsh

Zsh-i yenidən açın. Artıq “Oh My Zsh” xüsusiyyətləri ilə istifadə etməyə hazırsınız!

 

Zsh və Oh My Zsh terminalınızın istifadəsini daha səmərəli və zövqlü etmək üçün güclü alətlərdir. Zsh tərəfindən təmin edilən qabaqcıl xüsusiyyətlər, avtomatik tamamlama, zəngin skript imkanları və güclü fərdiləşdirmə seçimləri ilə terminal təcrübənizi növbəti səviyyəyə qaldıra bilərsiniz.

Oh My Zsh ilə siz asanlıqla Zsh-in gücünü kəşf edib istifadə edə bilərsiniz. Mövzular və plaginlər sayəsində siz terminalınızı ehtiyaclarınıza uyğun olaraq fərdiləşdirə və iş axınınızı optimallaşdıra bilərsiniz.

Bu yazıda Zsh və Oh My Zsh quraşdırma və əsas konfiqurasiya addımlarını ətraflı izah etdik. İndi Zsh və Oh My Zsh-in təklif etdiyi imkanlardan yararlanaraq terminalda daha məhsuldar və effektiv ola bilərsiniz.

Unutmayın ki, Zsh və Oh My Zsh ilə terminaldan istifadənizi özəlləşdirmək və artırmaq sizin əlinizdədir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button