Windows

IT mütəxəssisləri üçün əhəmiyyətli olan komandalar

Salam əziz oxucular, bu gün sizə aktiv kopmuter istifadəçiləri və  İT mütəxəssisləri  üçün Windows üçün  əhəmiyyətli olan 50 cmd (Command Prompt) komandaları haqqında yazacağam daha ətraflı aşağıdakı kimidir

Sistemə aid  komandalar

  1. ipconfig – Şəbəkə konfiqurasiyasını göstərir.
  2. ping – İP ünvanına paket göndərir və cavabını yoxlayır.
  3. tracert – Verilən bir domenin şəbəkə yolunu izlə.
  4. netstat – Şəbəkə bağlantılarını və portları göstərir.
  5. nslookup – DNS sorğuları üçün istifadə olunur.
  6. systeminfo – Sistem haqqında məlumatları göstərir.
  7. tasklist – Aktiv proseslərin siyahısını göstərir.
  8. taskkill – Aktiv prosesi bağlayır.
  9. shutdown – Kompüteri bağlamaq üçün istifadə olunur.
  10. sfc /scannow – Sistem fayllarını yoxlayır və bərpa edir.

Disk və Fayl komandaları

  1. dir – Cari qovluqdakı fayl və qovluqları göstərir.
  2. cd – Qovluq dəyişdirir.
  3. mkdir – Yeni qovluq yaradır.
  4. rmdir – Qovluq silmək üçün istifadə olunur.
  5. del – Fayl silmək üçün istifadə olunur.
  6. copy – Fayl surətini çıxarır.
  7. move – Faylları bir yerdən digərinə köçürür.
  8. xcopy – Fayl və qovluqları kütləvi surətdə köçürmək üçün.
  9. robocopy – Gelişmiş fayl surətləmə əmri.
  10. chkdsk – Diskin vəziyyətini yoxlayır.

Şəbəkə komandaları

  1. net use – Şəbəkə sürücüsünü qoşur.
  2. net share – Paylaşım siyahısını göstərir.
  3. route – Şəbəkə marşrutlarını idarə edir.
  4. arp -a – MAC ünvanlarını göstərir.
  5. net user – İstifadəçi hesabları ilə bağlı əmrlər.

Proqramlaşdırma və Skriptlər

  1. echo – Mətni konsola çıxarır.
  2. set – Ətraf mühit dəyişkənlərini göstərir və ya təyin edir.
  3. call – Bir batch faylını çağırır.
  4. pause – İstifadəçidən düyməyə basmasını gözləyir.
  5. if – Şərti əmrləri icra edir.

Sistem İdarəetmə

  1. diskpart – Disklərin idarə edilməsi üçün istifadə olunur.
  2. format – Disk formatlayır.
  3. gpupdate – Qrup siyasətini yeniləyir.
  4. wmic – Windows Management Instrumentation Command-line, sistem haqqında məlumatları idarə edir.
  5. bcdedit – Başlatma konfiqurasiyasını idarə edir.

Sistem monitorinqi etmək üçün

  1. perfmon – Performans monitorunu açır.
  2. get-process – Prosesləri göstərir (PowerShell əmridir).
  3. eventvwr – Hadisə günlüğünü açır.
  4. powershell – PowerShell-i açır.
  5. taskschd.msc – Tapşırıq planlayıcısını açır.

Digər faydaları nələrdir?

  1. color – Konsolun rəngini dəyişir.
  2. cls – Konsolu təmizləyir.
  3. help – Mövcud əmrlərin siyahısını göstərir.
  4. exit – CMD pəncərəsini bağlayır.
  5. time – Sistemin saatını göstərir və dəyişdirir.

Təhlükəsizlik (security)

  1. net accounts – Hesab siyasətlərini göstərir.
  2. net localgroup – Lokal qrupları göstərir.
  3. cacls – Fayl icazələrini idarə edir.
  4. attrib – Fayl atributlarını dəyişir.
  5. cipher – Faylların şifrələnməsi və deşifrələnməsi üçün istifadə olunur.

Bu əmrlər İT mütəxəssisləri üçün sistemin idarə edilməsi, monitorinq və diaqnostika məqsədilə əhəmiyyətlidir. Hər bir əmrin daha ətraflı məlumatını help <komanda> yazaraq əldə edə bilərsiniz.

Related Articles

2 Comments

    1. Salam əziz Amil bəy,
      Şərhiniz üçün təşəkkür edirəm. Bu mövzunu kompaktlaşdırmışam. Amma gələcək məqaləmdə paylaşımı nümunə ilə edəcəm.
      Bu komandaları siz klaviyaturada ctrl +r sıxaraq açılan ekranda cmd yazıb bu komandaları siz yoxlaya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button