Kibertəhlükəsizlik

WAF (Web Application Firewall) nədir?

Modern şirkətlərin çoxu veb tətbiqlər vasitəsilə cilentlərə xidmət göstərir. Elektron ticarət saytları, bank tətbiqləri, sosial medianı idarəetmə platformaları kimi sistemlər mütəmadi olaraq kibertəhdidlərlə üzləşir. Bu təhdidlərin qarsısını almaq üçün çox şirkət Web Application Firewall (WAF) istifadə edir.

WAF nədir?

WAF (Web Application Firewall) bir növ təhlukəsizlik texnologiyasıdır ki, HTTP/HTTPS trafiki filtrələyər və veb tətbiqləri potensial təhlukələrdən qoruyur. WAF, çox vaxt tətbiqlərə qarşı SQL Injection, Cross-Site Scripting (XSS), və Distributed Denial of Service (DDoS) kimi hücumları dayandırmaq üçün istifadə olunur.

WAF necə İşləyir?

WAF, çox vaxt şəffaf bir şkildə veb serverlə müştəri arasında qurulur. Bu texnologiya trafiki dəqiq analiz edir və ziyanlı məzmun aşkar etdikdən sonra onu bloklayır. WAF-ın əsas işləm prinsipləri bunlardır:

Müştəri sorğularını analiz edir: Gələn sorğuları süzər və ziyanlı davranış modellərini tanıyar.

Qaydaları istifadə edir: WAF-in qaydalar bazası kibertəhlukələri tanımaq üçün spesifik algoritmlərdən istifadə edir.

Mübarizə aparır  aşkar edilən təhdid avtomatik bloklanır və ya adminə bildiriş göndərilir.

WAF-i digər təhlukəsizlik vasitələrindən fərqləndirən xüsusiyyətlərinə baxaq Veb tətbiqlərə fokuslanmış qoruma: WAF, çox vaxt üstünlərini Application Layer (İşləm Layıhəsi) üçün optimallaşdırır.

 

Real-vaxt analiz  gələn və gedən trafiki anında qiymətləndirir. Müyən qaydaları yeniləmək yəni təhlukəsizlik qaydaları çox vaxt avtomatik yenilənir ki, yeni yaranan təhdidlərə qarşı effektiv qoruma təmin edilsin.

 

WAF-in faydalarına baxaq

SQL Injection kimi hücumları bloklama  Database yetə biləcək ziyanı minimuma endirir.DDoS hücumlarını idarə etmə həcmi çox olan şübhəli trafiki bloklamaqla xidmətə davam etmək imkanı verir.Cilent məlumatlarının qorunması  XSS kimi hücumları minimallaşdırır.

WAF növlərinə baxaq

Network-Based WAF: Fiziki cihaz kimi təmin olunur və çox vaxt şəbəkə infrastrukturu ilə inteqrasiya edilir.Host-Based WAF serverlərə inteqrasiya olunur və çox vaxt çevikdir, amma şibəkə mənbələrini daha çox istifadə edir.Cloud-Based WAF bulud texnologiyasından istifadə edir, istifadəsi daha asan və çevikdir.

 

WAF-in İdarə edilməsi

WAF effektiv istifadə edilməsi üçün daimi monitorinq və optimizasiya tələb edir. Aşağıdakı addımlar önəmlidir:Loqları yoxlamaq hər bir təhlukə aktı izlənər.Qaydaları yeniləmək  dinamik təhlukə modellərinə qarşı əlavə qaydalar təyin edin.

Test edərək optimizasiya WAF-i tətbiqin performansına əsaslanaraq düzəldin.

Nəticə olaraq WAF, şirkətlərə veb tətbiqlərə qarşı olan təhdidlərdən əsas süpər qalxan kimi təklif edilir. Bu texnologiyanı istifadə edərək, müştəri məlumatlarını, veritabanılarını və biznes proseslərini qorumaq mümkün olur. Təhlukəsizlik strategiyanızı WAF kimi effektiv həllərlə tamamlamaq veb tətbiqlərin uzunmüdətli uğuruna kömək edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button