Linux tar İstifadəsi
Salam əziz dostlar,bu gün sizə linux imtahanlarına düşən əsas əmrlərdən biri olan tar haqqında danışacağıq.
Linux-da tar (Tape Archive) faylları sıxışdırmaq, yığmaq və arxivləşdirmək üçün istifadə olunan ən populyar və faydalı əmrlərdən biridir. Bu əmr arxiv faylları yaratmağa, açmağa və idarə etməyə imkan verir. Məlumat təhlükəsizliyini və ehtiyat nüsxə yaratma prosesini dəstəkləyən güclü bir vasitədir. tar komandası Linux sistemində faylların arxivləşdirilməsi və sıxışdırılması üçün çox funksional və güclü bir vasitədir. İstifadə məqsədinizdən asılı olaraq müxtəlif opsiyalardan istifadə etməklə ehtiyaclarınıza uyğun şəkildə arxivləri idarə edə bilərsiniz.
Gəlin sizinlə birlikdə tar komandasının istifadə məqsədlərinə baxaq.
- Faylları bir yerdə toplamaq və sıxışdırmadan bir arxiv faylı yaratmaq üçün.
- Məlumatları az yer tutması üçün gzip və ya bzip2 kimi sıxışdırma proqramları ilə birlikdə istifadə olunur.
- Mövcud arxivdən faylları çıxarmaq üçün.
- Sistemin Backuplarını yaratmaq üçün geniş istifadə olunur.
tar komandasının əsas sintaksisinə nəzər salaq
tar [opsiyalar] [arxiv faylı] [fayl və ya qovluq]
-c Yeni arxiv faylı yaratmaq -x Arxivi açmaq (extract) -f Faylın adını təyin etmək -v Ətraflı məlumat göstərmək (verbose) -z gzip ilə sıxışdırmaq -j bzip2 ilə sıxışdırmaq -t Arxivdəki faylları siyahı şəklində göstərmək
İstifadə nümunələrinə baxaq
Bir qovluğu arxivləşdirmək üçün
tar -cvf arxiv.tar qovluq_adı
c: Yeni arxiv yaradılır.
-v: Ətraflı məlumat göstərilir.
-f: Arxiv faylının adı təyin edilir.
Faylları sıxışdırılmış gzip formatında arxivləşdirmək:
tar -czvf arxiv.tar.gz qovluq_adı
Sıxışdırılmamış bir arxiv faylını açmaq
tar -xvf arxiv.tar
Bir arxivin faylın içini yoxlamaq üçün
tar -tvf arxiv.tar
Əgər arxivdən yalnız bir faylı çıxarmaq istəyirsinizsə aşağıdakı komandaını icra edin.
tar -xvf arxiv.tar fayl_adı
bzip2 formatında sıxışdırılmış arxiv yaratmaq
tar -cjvf arxiv.tar.bz2 qovluq_adı
Arxivi açmaq üçün aşağıdakı komandanı icra edin.
tar -xjvf arxiv.tar.bz2
Bəlkə sizə lazım oldu məlumat
- tar arxivləri avtomatik olaraq sıxışdırmır. Bunun üçün -z (gzip) və ya -j (bzip2) opsiyalarından istifadə etməlisiniz.
- gzip sürətlidir, amma az sıxışdırır.
- bzip2 daha yavaşdır, amma daha yaxşı sıxışdırır.
- Alternativlər zip/unzip, 7z, rar.