Linux

Linux distrolarında servislərin idarə edilməsi

Salam əziz oxuculaur, Linux sistemində Stop, Start, Restart komandaları və servisləri (services) çox vacib idarəetmə funksiyalarıdır.

 

Bu komandalar vasitəsilə sistemin müxtəlif xidmətlərini idarə edə, onları başlada, dayandıra, yenidən başlada və vəziyyətlərini yoxlaya bilərsiniz. Gəlin, hər bir əmrin nə olduğunu və nə üçün istifadə olunduğunu ətraflı izah edək.Linux sistemində xidmətləri idarə etmək üçün aşağıdakı əmrlərdən istifadə edə bilərsiniz:

Servisləri dayandırmaq (Stop) üçün:

sudo systemctl stop <servisin adı>

Servisi işə salamaq üçün (Start):

sudo systemctl start <servisin adı>

Servisi yenidən başlatmaq  üçün(Restart):

sudo systemctl restart <servisin adı>

Xidmətin statusunu yoxlamaq (Status):

sudo systemctl status <servisin adı>

Əlavə olaraq, xidmətin avtomatik olaraq başlama və ya dayanmasını idarə etmək üçün aşağıdakı əmrlərdən istifadə edə bilərsiniz:

Xidməti avtomatik başlatmaq üçün aktivləşdirmək:

sudo systemctl enable <servisin adı>

Xidməti avtomatik başlatmamaq üçün deaktivləşdirmək:

sudo systemctl disable <servisin adı>

Bu komandalar vasitəsilə müxtəlif servislərin üzərində effektiv idarəetmə apara bilərsiniz.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az