Network

Routerlər necə işləyir? 

Router (marşrutlaşdırıcı) şəbəkə cihazıdır və müxtəlif kompüter şəbəkələrini birləşdirərək məlumatların düzgün istiqamətə yönləndirilməsini təmin edir

Router (marşrutlaşdırıcı) şəbəkə cihazıdır və müxtəlif kompüter şəbəkələrini birləşdirərək məlumatların düzgün istiqamətə yönləndirilməsini təmin edir. Routerlər həm kiçik ev şəbəkələrində, həm də böyük korporativ və internet provayder şəbəkələrində mühüm rol oynayır.

Bu məqalədə routerlərin iş prinsipi, növləri, funksiyaları və praktiki nümunələri haqqında ətraflı məlumat verəcəyik.

Routerlərin əsas  məqsədi şəbəkələr arasında məlumat paketlərinin marşrutlaşdırılmasıdır. Bu proses aşağıdakı mərhələlərdən ibarətdir Məlumat paketlərinin alınıb ötürülməsi,Şəbəkələr arasında əlaqə qurulması və Ən optimal yolun seçilməsi.Routerlar həmdə internetdə cihazların bir-birini tapmasına kömək edən IP adreslər və şəbəkə protokolları ilə işləyir. Routerlərin İş prinsipi Bir cihaz (kompüter, telefon və s.) məlumat göndərdiyi zaman bu məlumat paketlərə bölünür. Bu paketlər şəbəkə vasitəsilə routerə çatır.Router paketlərin başlığını (header) oxuyaraq onların tərkibindəki mənbə IP adresini və məqsəd IP adresini müəyyən edir.Router paketlərin başlığını (header) oxuyaraq onların tərkibindəki mənbə IP adresini və məqsəd IP adresini müəyyən edir və ən əsaslardan biri Router məqsəd IP adresinə uyğun ən yaxşı yolu seçir. Bu prosesdə aşağıdakı metodlardan istifadə olunur

Statik routing: Administrator tərəfindən əvvəlcədən təyin edilmiş marşrutlar.
Dinamik routing: Routerlər öz aralarında məlumat göndərib,qəbul edərək avtomatik yol seçirlər.

Paketlərin yönləndirilməsi prosesi,Router paketləri növbəti cihazlara göndərir.

Routerlərin bir neçə növü var.Routerlər istifadə sahələrinə görə müxtəlif növlərə bölünür: Ev routerləri İstifadəçilərin ev şəbəkələrində Wi-Fi və ya Ethernet vasitəsilə internet bağlantısını təmin edir.Ev routerlərinin əsas funksiyaları LAN və WAN şəbəkələrini birləşdirmək, NAT (Network Address Translation) ilə daxili IP adresləri dəyişmək, DHCP xidməti ilə IP adreslərini avtomatik təyin etmək.

Korporativ routerlər isə  Böyük şirkətlər və korporativ şəbəkələr üçün nəzərdə tutulub.Yüksək sürətli və çoxlu sayda şəbəkəni idarə edə bilər.Ən əsaslarından Əlavə təhlükəsizlik funksiyaları olan  firewall, VPN.təşkil edir.

Bəs İnternet Provayder routerləri, Böyük həcmdə  məlumatı idarə edərək müxtəlif şəbəkələrə bağlantını təmin edir. Routerlərin digərlərinədə baxaq.Virtual routerlər Fiziki routerlərdən fərqli olaraq proqram təminatı kimi fəaliyyət göstərir.Cloud (bulud) xidmətlərində geniş istifadə olunur.

Routerlərin əsasını təşkil edən kompenentlər ilə tanış olaq.CPU (Processor): Məlumat paketlərini emal edir.RAM  routing taebli və paketlər üçün müvəqqəti yaddaş.Flash Memory  Routerin əməliyyat sistemi və konfiqurasiya faylları burada saxlanılır. Lan və Wan portalrda daxilidir.

Routerlərin əsas funksiyaları

Routerlər məlumat paketlərini uyğun cihazlara çatdırır.Daxili şəbəkədəki cihazların internetdə bir IP adreslə çıxış etməsini təmin edir.Router cihazlara avtomatik IP adres, subnet mask və şəbəkə keçidi (gateway) təyin edir.Routerlərdə quraşdırılmış firewall, VPN və digər təhlükəsizlik protokolları məlumatların qorunmasını təmin edir.Müəyyən tətbiqlər üçün şəbəkə resurslarının prioritetləşdirilməsini təmin edir.QoS (Quality of Service)

Router-lər aşağıdakı protokollardan istifadə edilir.RIP (Routing Information Protocol): Sadə və kiçik şəbəkələr üçün.Böyük şəbəkələr üçün isə OSPF (Open Shortest Path First) Orta və böyük şəbəkələrdə ən yaxşı yolu tapmaq üçün istifadə olunur. BGP (Border Gateway Protocol) İnternetin əsas marşrutlaşdırma protokolu 

Yekunda isə 

Routerlər şəbəkələr arasında məlumatların düzgün ötürülməsini təmin edən mühüm cihazlardır. Onların düzgün konfiqurasiya edilməsi şəbəkə performansını və təhlükəsizliyini artırır. Ev şəbəkələrindən tutmuş böyük ISP şəbəkələrinə qədər routerlər internetin əsasını təşkil edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az