RHEL repository qurulması
Salam hörmətli oxucular, Bu gün sizə Linux distrolarında əsas mövzularından biridə repolarıdır.Ətraflı məlumat üçün məqaləni axıra qədər oxuyun.
Linux-da, xüsusən RHEL (Red Hat Enterprise Linux) sistemində, “repository” proqram təminatı paketlərinin saxlanıldığı və idarə olunduğu bir yerdir. Repository-lər Linux sisteminə proqram təminatlarını quraşdırmaq, yeniləmək və silmək üçün paket menecerləri (məsələn, apt, yum
, dnf
) tərəfindən istifadə olunur. Bu repolar paketlərin yüklənməsi və sistemə inteqrasiya edilməsi prosesini sadələşdirir.
Repository-də aşağıdakı məlumatlar ola bilər:
- Paketlər – Proqram təminatları və kitabxanalar paket şəklində saxlanılır.
- Metadata – Paketlərin versiyaları, asılılıqları və təsvirləri kimi məlumatlar saxlanılır.
Repository-lərin bir neçə növü var:
- Rəsmi Repository-lər – RHEL tərəfindən dəstəklənən və idarə olunan anbarlardır.
- Könüllülər tərəfindən yaradılmış repository-lər – Digər təşkilatlar və ya fərdi şəxslər tərəfindən yaradılan repolar.
Məsələn, RHEL-də rəsmi repository-ləri manage etmək üçün aşağıdakı komanda istifadə olunur:
yum repolist
Yuxarıdakı komanda sisteminizdəki mövcud olan repository-lərin siyahısını göstərir.
Red Hat Enterprise Linux (RHEL) sistemində bir yerli repository (depoya) yaratmaq üçün
aşağıdakı addımları izləyə bilərsiniz:
Addım 1: Lazımi Paketləri Yükləmək
Əvvəlcə, createrepo paketini yükləmək lazımdır ki, repository yarada biləsiniz.
sudo yum install createrepo
Addım 2: Depo deposu yaratmaq üçün:
Depoya aid olan faylları saxlamaq üçün bir folder yaradın.
Addım 3: RPM Fayllarını Kataloqa Köçürmək
Repository üçün istifadə edəcəyiniz RPM fayllarını bu kataloqa köçürün. Məsələn:
Komanda: sudo cp /yol/oldugu/yerdən/*.rpm /var/www/html/myrepo/
Addım 4: Repository Faylını Yaratmaq
createrepo komandasını istifadə edərək repository məlumatlarını yaradın:
Nümunə:
sudo createrepo /var/www/html/myrepo/
5: Apache Web Serveri Yükləmək (Opsiyonaldır)
Yaradılmış repositoriyə uzaqdan çıxış etmək istəyirsinizsə, Apache serveri qurmaq lazımdır.
Əgər artıq qurulmayıbsa
sudo yum install httpd
sudo systemctl start httpd
sudo systemctl enable httpd
Addım 6: Repository-nu Konfiqurasiya Etmək
Başqa sistemlərdə bu depodan istifadə etmək üçün bir repo faylı yaradın və onu /etc/yum.repos.d/
qovluğuna kopyalayın.
Məsələn:
sudo nano /etc/yum.repos.d/myrepo.repoBu addımlarla RHEL distrosu üzərində daxili bir repository yarada bilərsiniz.