Linux

Systemctl ilə resurs idarə edilməsi

Linux sistemində systemctl vasitəsilə xidmətlərin resurs idarəetməsini ətraflı şəkildə həyata keçirmək üçün, systemd-in cgroups və slice mexanizmlərindən istifadə olunur.

Salam əziz oxucular, Linux sistemində systemctl vasitəsilə xidmətlərin resurs idarəetməsini ətraflı şəkildə həyata keçirmək üçün, systemd-in cgroups slice mexanizmlərindən istifadə olunur. Bu imkanlar sistemdəki hər bir xidmət üçün CPU, yaddaş, disk I/O və digər resursları nəzarət altına almağa imkan verir. systemd vasitəsilə hər xidmət öz resurs profillərinə uyğun məhdudlaşdırıla və idarə edilə bilər.

systemctl komandası Linux-da sistemdəki xidmətlərin idarə olunmasını təmin edən bir vasitədir. Onunla xidmətləri başlatmaq, dayandırmaq, yenidən başlatmaq və statuslarını yoxlamaq mümkündür.

Ancaq systemctl həm də xidmətlərin resurs istifadəsini idarə etmək üçün istifadə edilə bilər. Bu, əsasən systemd sistemində bir xidmət üçün müəyyən resurs məhdudiyyətləri təyin etmək üçün istifadə olunur.

systemctl ilə resurs məhdudiyyəti etmək 
Linux-da servislərin CPU, yaddaş və digər məhdudiyyətlərlə idarə olunması üçün systemd-in slice və cgroup kimi ayarlardan istifadə edilir. Xidmətləri fərqli resurs səviyyələrində işlətdirmək üçün aşağıdakı əsas metodlardan yararlanmaq olar:

CPU İstifadəsini Məhdudlaşdırmaq: CPU məhdudiyyəti CPUShares və CPUQuota parametrindən istifadə etməklə təyin edilə bilər.
sudo systemctl set-property <servisin_adi>.service CPUShares=512
sudo systemctl set-property <servisin_adi>.service CPUQuota=50%
CPUShares=512 — CPU payı dəyərini tənzimləyir. Dəyər artırıldıqda xidmətə daha çox CPU resursu ayrılır.
CPUQuota=50% — Xidmətin maksimum CPU istifadəsini faiz şəklində müəyyən edir.

Yaddaş İstifadəsini Məhdudlaşdırmaq: Yaddaş məhdudiyyətləri təyin etmək üçün MemoryLimit parametrindən istifadə olunur.
sudo systemctl set-property <servisin_adi>.service MemoryLimit=500M
Bu parametr xidmətin maksimum 500 MB RAM istifadə etməsinə icazə verir.

Disk I/O İstifadəsini Məhdudlaşdırmaq: Disk giriş/çıxış əməliyyatlarının həcmini idarə etmək üçün IOWeight və ya IOReadBandwidthMax və IOWriteBandwidthMax kimi parametrlərdən istifadə olunur.

sudo systemctl set-property <servisin_adi>.service IOReadBandwidthMax=/dev/sda 10M
sudo systemctl set-property <servisin_adi>.service IOWriteBandwidthMax=/dev/sda 10M
Bu konfiqurasiyada /dev/sda diskində xidmətin oxuma və yazma sürətləri maksimum 10 MB/s olmalıdır.

Resurs Ayarlarını Yoxlamaq
Bir servisin resurs istifadəsi ilə bağlı ayarlarını yoxlamaq üçün aşağıdakı əmr işlədilə bilər:

systemctl show <servisin_adi>.service -p CPUShares -p CPUQuota -p MemoryLimit -p IOReadBandwidthMax -p IOWriteBandwidthMax
Bu əmr həmin xidmət üçün təyin edilmiş resurs məhdudiyyətlərini göstərəcək.

systemctl ilə resurs idarəetməsi, Linux administratorları üçün servislərin sistem istifadələrini daha effektiv idarə etmələrinə kömək edir və sistem performansını balansda saxlamağa imkan yaradır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button