Windows

Proqram təminatı

Windows əməliyyat sistemləri üçün avtomatlaşdırılmış proqram quraşdırma

Ninite.com, Windows əməliyyat sistemi istifadəçiləri üçün proqram quraşdırılmasını avtomatlaşdıran və asanlaşdıran bir xidmət olaraq məşhurdur. Kompüterinizə yeni proqramlar yükləmək və onları bir-bir quraşdırmaq vaxt aparan və bəzən yorucu bir proses ola bilər. Lakin Ninite bu prosesi tamamilə dəyişdirir. Bu bloq yazısında, Ninite.com-un necə işlədiyini, üstünlüklərini və kimlər üçün uyğun olduğunu ətraflı araşdıracağıq.Əsas xüsusiyyətlərinə nəzər salsaq Sadəcə quraşdırmaq istədiyiniz proqramları seçirsiniz və Ninite sizin üçün xüsusi bir quraşdırıcı fayl yaradır.Quraşdırma zamanı proqramların parametrlərini (məsələn, dil seçimi və ya əlavə təkliflər) avtomatik qəbul edir.Zərərli proqramlardan qorunma yəni digər proqramlar kimi Ninite heç bir əlavə reklam proqramı və ya zərərli proqram quraşdırmır.Heç bir “bloatware” (lazımsız proqram) olmadan yalnız əsas fayllar yüklənir və son olaraq ən son proqram təminatı yüklənir və Administratorlar üçün terminal  ilə quraşdırma imkanı yaradır.Bu xidmətin üstünlüklərinə baxdıqda Adi istifadəçilər  yeni bir kompüter qurduqda və ya format etdikdən sonra əsas proqramları tez bir zamanda quraşdırmaq istəyənlər və Şirkət şəbəkəsində birdən çox kompüterdə proqramların quraşdırılmasını avtomatlaşdırmaq üçün.İstifadə qaydasına nəzər salaq 

  1. Ninite.com saytına daxil olun.
  2. Quraşdırmaq istədiyiniz proqramları seçin.
  3. “Get Your Ninite” düyməsinə klikləyin və yaradılan quraşdırıcı faylı yükləyin.
  4. Faylı işə salın, və proqramlar avtomatik quraşdırılacaq.

Ninite.com geniş proqram çeşidini dəstəkləyir. Əsas kateqoriyalara aşağıdakı kimidir.

Veb Brauzerlər  Google Chrome, Mozilla Firefox, Opera.
Mesajlaşma Proqramları: Skype, Zoom, Discord.
Media Oynadıcılar: VLC Media Player, Spotify.
Antivirus Proqramları: Avast, Malwarebytes.
Fayl Alətləri: 7-Zip, WinRAR.
Proqramlaşdırma Vasitələri: Python, Java, Git.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button