Linux

Linux paket və repo haqqında ətraflı məlumat

Paket və Repo İdarəetmə Linux əməliyyat sistemində proqram təminatının quraşdırılması, yenilənməsi və idarə edilməsi üçün istifadə olunan əsas proseslərdən biridir. Bu mövzu, sistem administratorlarının və istifadəçilərin effektiv işləməsi üçün vacibdir.

Paket İdarəetmə Nədir?
Paket idarəetmə sistemləri (PMS), Linux sistemlərində proqramların və onların asılılıqlarının quraşdırılması, silinməsi və yenilənməsi üçün istifadə olunur. PMS, həmçinin paketlərin versiyalarını izləyir və lazımi dəyişiklikləri avtomatlaşdırır.

Əsas paket sistemləri haqqında ətraflı olaraq aşağıdakı linkdə tanış ola bilərik. Linux-da fərqli paket  sistemləri mövcuddur DEB (Debian-Based Sistemlər üçün) APT (Advanced Package Tool): Debian və Ubuntu kimi sistemlərdə istifadə olunur. 

sudo apt update # Paketlərin ən son versiyasının siyahısını yeniləyir

 sudo apt upgrade # Mövcud proqramları yeniləyir 

sudo apt install <paket> # Paket quraşdırır sudo apt remove 

<paket> # Paket silir

dpkg: Əsasən  DEB paketləri ilə işləyir. 

sudo dpkg -i <paket.deb> # DEB paketi quraşdırır 

sudo dpkg -r <paket> # Paketi silir

RPM (Red Hat-Based Sistemlər üçün) DNF və YUM: Red Hat, CentOS, Fedora kimi distrolarında istifadə olunur.

sudo dnf update # Paketləri yeniləyir 

sudo dnf install <paket> # Paket quraşdırır 

sudo dnf remove <paket> # Paket silir

rpm: Əsas RPM paketləri ilə işləyir. 

sudo rpm -ivh <paket.rpm> # RPM paketi qurmaq üçün

sudo rpm -e <paket> # Paketi silir

Arch-Based Sistemlər üçün Pacman Arch Linux və onun oxşarı distroları üçün əsas paket idarəetmə vasitəsidir.

sudo pacman -Syu # Bütün sistem yeniləmələri 

sudo pacman -S <paket> # Paket quraşdırır 

sudo pacman -R <paket> # Paketi silir

Flatpak və Snap, distrodən asılı olmayaraq proqramların konteynerləşdirilmiş versiyalarını quraşdırmağa imkan verir.

flatpak install <paket> # Flatpak quraşdırır 

snap install <paket> # Snap quraşdırır

Repozitoriyalar (Repo)
Repozitariya, paketlərin saxlandığı bir  serverdir. Linux əsaslı distrolar müəyyən bir repodan paketləri çəkir və onları quraşdırır.Repozitoriya tipləri aşağıdakı kimidir 

  1. Rəsmi Linux repozitoriyaları: Distrolar tərəfindən təmin edilir.
  2. Üçüncü tərəflərin  repozitoriyaları: Müəyyən tətbiqlərin təminatçıları tərəfindən təqdim olunur.
  3. Yerli repozitoriyalar: Şəbəkə daxilində və ya offline mühitlərdə quraşdırmalar üçün istifadə olunur.

Repozitoriyanın idarə edilməsi Repozitoriyaları əlavə etmək və idarə etmək üçün müvafiq tool-lardan istifadə edilir 

APT:
sudo add-apt-repository <repounun-urli>
sudo apt update

 

DNF/YUM:
sudo dnf config-manager --add-repo <repo-url>

Pacman: repozitoriyaları pacman.conf faylından confiq edilə bilər.

Asılılıq Problemləri və Həlli
Paket idarəetmə sistemləri avtomatik olaraq asılılıqları idarə edir. Lakin, bəzən asılılıq problemləri yarana bilər APTDNF bu məsələləri avtomatik həll etməyə çalışır. Problemlər yarandıqda, paketlərin və asılılıqların əl ilə idarə edilməsi tələb oluna bilər

sudo apt-get install -f # Quraşdırma xətalarını düzəldir
sudo dnf downgrade <paket> # Paket versiyasını endirir

Qeyd: Əlavə olaarq mənbələrdən ətraflı oxuya bilərsiniz.

Linux Package Management Documentation
Debian və Ubuntu üçün APT təlimatı
Red Hat DNF təlimatı

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az