Salam əziz oxucular, bu gün sizə Əməliyyat sistemi (Operating System) kompüter və digər cihazların proqram təminatları arasında əlaqə yaradan və resursların idarə olunmasını icra edən proqramdır.
OS-in əsas funksiyaları arasında fayl idarə etməsi, yaddaşın idarə olunması, cpu-un idarə edilməsi və komputerə qoşulu qurğularla (məsələn, klaviatura, siçan, printer) əlaqənin təmin olunması yer alır. Əməliyyat sistemləri fərqli cihazlar üçün fərqli məqsədlərə üçün xidmət edir, amma onların əsas iş prinsipləri demək olar ki, bir birləri ilə oxşardır.
Demək olar ki, əsas əməliyyat sistemləri aşağıdakılardır:
1. Windows
- Microsoft tərəfindən hazırlanmış dünyada ən çox istifadə edilən populyar əməliyyat sistemidir.
- Ev kompüterləri üçün geniş istifadə olunur.
- (GUI) və proqram təminatı ekosistemi baxımından geniş dəstək təklif edir.
- Oyunlar, ofis işləri, multimedia və müxtəlif iş mühitləri üçün uyğunlaşmışdır.
2. Linux
- Açıq kodlu (open source) əməliyyat sistemidir və geniş şəkildə şəxsi olaraq dəyişdirilə və özünüzə uyğunlaşdıra bilərrsiniz.
- Linux-un müxtəlif distribusiyaları mövcuddur: Ubuntu, Fedora, CentOS, Debian, Arch Linux və s.
- Serverlər, cloud texnologiyaları və inkişaf etdiricilər üçün çox populyardır.
- Təhlükəsizlik və performans baxımından güclüdür, xüsusilə sistem administratorları və proqramçılar arasında geniş yayılmışdır.
3. macOS
- Apple şirkətinin hazırladığı bir əməliyyat sistemidir və yalnız Apple cihazlarında istifadə olunur.
- macOS, iOS və digər Apple əməliyyat sistemləri ilə inteqrasiya edir.
- Qrafik dizayn, video redaktə, proqramlaşdırma və digər yaradıcı işlər üçün ideal seçimdir.
4. UNIX
- Əsasən serverlər və böyük şirkətlərdə sistemlərində istifadə olunan çox işçi rejimli əməliyyat sistemidir.
- Linux-un əsası olan bu sistem son dərəcə sabit və etibarlıdır.
- UNIX türevleri çox sayda OS-də tətbiq olunur, məsələn, macOS-un əsası da UNIX-dir.
5. Android
- Google tərəfindən hazırlanmış açıq mənbəli mobil əməliyyat sistemidir.
- Əsasən smartfon və planşetlərdə istifadə olunur.
- Linux kernelinə əsaslanır və geniş tətbiq ekosisteminə malikdir.
6. iOS
- Apple tərəfindən iPhone və iPad cihazları üçün hazırlanmış mobil əməliyyat sistemidir.
- Yüksək təhlükəsizlik səviyyəsinə malikdir və Apple-in ekosistemi ilə sıx inteqrasiya edir.
Əməliyyat sisteminin əsas funksiyaları aşağıdakı kimidir:
- Prosessor idarəetməsi: CPU-nun işini tənzimləyir və iş prosesləri arasında resurs paylaşımını təşkil edir.
- Yaddaş idarəetməsi: RAM və digər yaddaş resurslarının istifadə edilməsini idarə edir.
- Fayl sistemi: Məlumatların saxlanması və onlara girişin təmin olunması üçün fayl strukturlarını idarə edir.
- İstifadəçi interfeysi: Qrafik və ya mətn əsaslı interfeyslər vasitəsilə istifadəçi ilə qarşılıqlı əlaqəni təmin edir.
- Cihazların idarə edilməsi: Periferik qurğuların (printerlər, klaviaturalar, disk sürücüləri) düzgün işləməsi üçün sürücüləri təmin edir.
Əməliyyat sistemləri kompüterlərin və cihazların işləməsi üçün vacibdir və istifadəçi təcrübəsini asanlaşdırmaqla yanaşı, onların düzgün işləməsini təmin edir.