Node.js JavaScript-in server tərəfində işlədilməsini təmin edən, open source kodlu, platformalararası bir proqram təminatıdır. 2009-cu ildə Ryan Dahl tərəfindən hazırlanmışdır və bu gün geniş istifadə olunan backend texnologiyalarından biridir.
Node.js quraşdırılması
Cari Node.js-ni quraşdırmaq üçün əvvəlcə cari faylları özündə saxlayan repo ünvanı sistemə əlavə edilməlidir.
Red Hat əsaslı əməliyyat sisteminə repo əlavə etmək üçün aşağıdakı komandadan istifadə olunur.
curl –silent –location https://rpm.nodesource.com/setup_8.x | sudo bash –
Repo yeniləməsindən sonra quraşdırma yum ilə həyata keçirilir.
yum install nodejs
Debian əsaslı əməliyyat sisteminə əlavə etmək üçün aşağıdakı komandadan istifadə olunur.
curl -sL https://deb.nodesource.com/setup_8.x | sudo -E bash –
Repo yeniləməsindən sonra quraşdırma apt-get ilə həyata keçirilir.
sudo apt-get install nodejs
nvm başqa üsullar ilə də yüklənə bilər.
Əməliyyat sistemindən asılı olaraq, nvm aləti curl və ya wget istifadə edərək endirilir və quraşdırılır.
curl -o- https://raw.githubusercontent.com/creationix/nvm/v0.33.11/install.sh | bash
wget -qO- https://raw.githubusercontent.com/creationix/nvm/v0.33.11/install.sh | bash
Quraşdırıldıqdan sonra cari Node.js versiyaları npm əmri ilə siyahıya alınır.
nvm ls-remote
Versiya seçildikdən sonra quraşdırma nvm ilə həyata keçirilir.
nvm install versiya nomresi
Sistemdə quraşdırılmış Node.js versiyaları siyahıda görsnir.
nvm ls
Siyahıdan Node.js-ni versiyası seçməklə aktivləşdirilir.
nvm use versiya nomresi
Quraşdırmanı tamamlandıqdan sonra aşağıdakı komanda ilə yoxlamaq olar.
node -v