Linux

Nano fayl redaktoru

Nano Linux və Unix sistemlərində ən çox istifadə olunan mətn redaktorlarından biridir. Sadə interfeysi və sürətli istifadəsi ilə tanınan Nano terminal əsaslı redaktordur. Nano-nun əsas funksiyalarını və komandalarını ətraflı şəkildə təqdim edirik

Nano redaktorunu başlatmaq üçün terminalda nano komandasını yazın və redaktə etmək istədiyiniz faylın adını daxil edin. myfile.txt Bu komanda myfile.txt faylını nano ilə açacaqsınız. Əgər fayl mövcud deyilsə, yeni bir fayl yaradılacaq.

Nano komandaları sadə və istifadəçilərə çox intuitivdir. İstifadəçi dostu interfeysi ilə nano, mütəxəssislər və yeni başlayanlar üçün çox əlverişli bir mətn redaktoru təqdim edir. Bu əmrləri öyrənmək, istifadəçilərə faylları redaktə edərkən və idarə edərkən çox rahatlıq təmin edir.

Yaxşı fayl yaratdıq, sonra onu yadda saxlamaq məsələsinə baxaq Ctrl + O – Faylı saxlamaq üçün istifadə olunur. Faylı saxlamaq üçün Ctrl + O düymələrinə basın və sonra fayl adını təsdiqləyin (yeni fayl yaradıldıqda, avtomatik olaraq adı veriləcək).Əgər CTRL düyməsini sıxdıqda iki seçim gəlsə dəyişiklikləri yadda saxlamaq istyirsinizsə   Y (Yes) seçərək dəyişiklikləri saxlayın və ya N (No) seçərək dəyişiklikləri saxlamağı rədd edin.Əgər faylda heç bir dəyişiklik etmədən çıxmaq istəyirsinizsə Ctrl + X  Nano redaktorundan çıxmaq üçün istifadə olunur. Fayl üzərində dəyişikliklər edildikdə Ctrl + X-i basdıqda, dəyişiklikləri saxlamaq və ya rədd etmək üçün sorğu çıxacaq.Əgər faylın içərsində hər hansı bir kəlməni axtarmaq istəyirsinizsə Ctrl + W  Fayl içində müəyyən bir yazını axtarmağa imkan verir. Axtardığınız yazını yazın və Enter basın.Daha sonra, hər dəfə axtarışın növbəti tapılmasına keçmək üçün Ctrl + W düyməsini təkrarlaya bilərsiniz.

Əgər Ctrl + Shift + 6  Başlanğıc nöqtəsini seçmək üçün istifadə edilir. Seçim başlamaq üçün bu əmri istifadə edin və sonra sağa və ya sola ox işarələri ilə seçimi genişləndirin.

Əgər  Yazını kəsmək və yapışdırmaq istəyirsinizsə Ctrl + K  Seçilmiş mətni kəsir.Ctrl + U Kəsilən mətni yapışdırır. Bu, istifadəçilərin bir hissə mətn kəsib, başqa bir yerə yapışdırmasına imkan verir.Əgər terminal içində Ctrl + _ Fayl içindəki spesifik xətt nömrəsinə keçmək üçün istifadə olunur. Məsələn, siyahıda nömrəsi 10-a keçmək üçün Ctrl + _ basın və sonra 10 yazın və Enter basın.Əgər nano-da hər hansı bir problem yaşandı onu geri qaytarmaq məsələsinə baxaq Ctrl + Z  Sonuncu əməliyyatı geri alır. Nano’da səhv etdikdə bu əmrlə geri gedə bilərsiniz.Ctrl + Y: Sonuncu əməliyyatı təkrarlamaq üçün istifadə olunur. Ctrl + Z ilə geri aldığınız bir əməliyyatı yenidən həyata keçirmək üçün bu əmri istifadə edin.

Əgər Yazı görünüşünü dəyişdirmək istəyirsinizsə Ctrl + J  Kəskin mətnin sətirə yerləşməsini düzəldir. Bəzən mətnin hər sətiri çox uzun olur. Bu əmrlə uzun cümlələri sətirlər üzrə düzəldə bilərsiniz.

 

Əsas nano komandaları
Ctrl + O: Faylı saxlamaq.
Ctrl + X: Nano redaktorundan çıxmaq.
Ctrl + W: Fayl içində axtarış etmək.
Ctrl + K: Seçilmiş mətni kəsmək.
Ctrl + U: Kəsilən mətni yapışdırmaq.
Ctrl + _: Xətt nömrəsinə keçmək.
Ctrl + G: Kömək səhifəsini açmaq.
Navigasiya komandaları 
Arrow Keys: Fayl içində yuxarı, aşağı, sağa və ya sola hərəkət etmək.
Ctrl + Y: Faylın əvvəlinə keçmək.
Ctrl + V: Faylın sonuna keçmək.
Ctrl + L: Görüntünü yeniləmək.
Düzəliş etmək üçün komandalar
Ctrl + J: Sətir kəsmə (müvafiq uzunluqda kəsmək).
Ctrl + T: Fayl başlığını redaktə etmək.
Ctrl + D: Seçilmiş mətni silmək.
Dəyişiklikləri İdarə Etmək
Ctrl + Z: Dəyişiklikləri geri almaq.
Ctrl + Y: Sonuncu əməliyyatı təkrarlamaq.
Mətn Seçmək
Ctrl + Shift + 6: Seçim başlamaq (fara ilə hərəkət edərək seçimi genişləndirmək).
Faylın Kömək Səhifəsi
Ctrl + H: Yardım səhifəsini açmaq.
Diğer Əmrlər
Ctrl + F: Fayl içində xüsusi bir mətn tapmaq.
Ctrl + D: Bəzi nano xüsusiyyətlərini şəxsən əlavə etmək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button