Database

Managment studio dark theme dəyişmək

Salam dostlar,
Bu gün sizin üçün mobil telefonlarda daxil olmaqla istifadə etdiyimiz bir çox cihaz və proqramlarda öyrəşdiyimiz dark theme –nin Managment studio dada necə aktiv edə biləcəyimizdən bəhs edəcəm.


SQL Server Managment Studioda bu xüsusiyyət default olaraq istifadə edilməsədə çox qısa addımlarla bu xüsusiyyətləri SSMS də istifadə edə bilərik.Aşağıdakı qaydaları addım addım edək.

SSMS menyusundan Tools menyusundan Options menyusunu açırıq qarşımıza çıxan ekranda Dark Theme ilə bağlı seçənək olmadığını görürük
Bunun səbəbi SSMS ayarları içərisində mövcud olmasıdır.Amma qərarsızılıq səbəbindən yayınlamamışdır.
Əvvəlcə SSMS açıqdırsa bağlayın SSMS quraşdırdığınız folderə gedin mənim komputerimdə SSMS (Managment Studio) aşağıdakı lokasiyada yerləşdiyi üçün folderə giriş edib C:\Program Files (x86)\Microsoft SQL Server\140\Tools\Binn\ManagementStudio
“ssms.pkgundef” faylını tapıb və Notepad ++ ilə bu faylı açırıq.Burda diqqət edəcəyiniz nöqtə faylı Administrator kimi açmaq lazımdır.Əgər Administrator kimi açılmasa etdiyiniz dəyişiklik işləməyəcək. faylın içərisindən “ // Remove Dark theme ” sətrini Ctrl + F edərək axtarıb tapırıq və bu sətrin alt hissəsində Dark Theme yazılı olan sətri var. Bu sətrin əvvəlinə gələrək // işarəsini yazırıq. Dəyişikliyi yadda saxladıqdan sonra SSMS (Managment Studio) proqramını təkrar açırıq.
Gördüyümüz kimi artıq Dark Theme aktiv olubdur.Hər birinizə uğurlar

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button