Logların təhlili necə aparılmaldır?
Modern texnologiya dövründə hər bir veb-sayt çoxlu miqdarda informasiya istehsal edir. Bu informasiyanın əsas hissəsi log fayllarında toplanır. Log faylları, sistemin, proqram təminatının və ya veb-saytın fəaliyyətini izləmək üçün yaradılan qeydlərdir. Bu qeydlər veb-sayt idarəçiliyinin ayrılmaz hissəsi olub, analitika, təhlil və təhlükəsizlik baxımından hədsiz vacibdir.Log təhlilinin əsas səbəblərinə baxdıqda aşağıdakı kimi ardıcıllığa baxacağıq.
Log faylları, veb-saytları idarə edərkən çox vaxt diqqətdən kənar qalsa da, onların təhlili saytın daha təhlükəsiz, funksional və performanslı olmasına imkan yaradan əsas alətdir. Log fayllarından lazımi düzgün istifadə etməklə, saytın həm cari vəziyyətini məyyənləşdirmək, həm də uzunmüdətli inkişaf strategiyası təyin etmək mümkün olur. Buna görə də, log təhlili hər bir veb-sayt idarəçisinin diqqət mərkəzində olmalıdır.
- Təhlükəsizlik Log faylları üçün təhlil hər bir saytın kibertəhlükəsizliyini təmin etməyin əsas yöntəmlərindən biridir. Bu fayllar hücum cəhdlərini, zərərli fəaliyyətləri və ya sistemə şübhəli giriş cəhdlərini aşkarlamaq üçün əvəzsiz mənbədir. Məsələn, şibahəli IP ünvanlarından gələn davamlı sorğu, DDoS hücumu və ya şibəli əməliyyatlar log fayllarında çox vaxt qeyd edilir.
- Problemlərin diaqnostikasi sistem və ya sayt problemlərinin düzgün diaqnostikasi ün log faylları çox vacibdir. Bu qeydlər təsadüfi xətaları, performans problemlərini və ya proqram uyğunluğu kimi müsbət olmayan hallarla bağlı vacib məlumatları təqdim edir.
- Performansı yaxşılaşdırma Log faylları təhlil edərək saytın performansını artırmaq mümkün olur. Hansı səhifələrin çox çağırıldığını, hansı istəklərin çox vaxt aldığını bilmək, saytı optimallaşdırmaq üçün qiymətsiz məlumatlar təqdim edir.
- Uyğunluq və audit müxtəlif tələblərə uyğunluğun təmin edilməsi log faylları vasitəsilə asanlaşdırılır. GDPR, PCI-DSS kimi beynəlxalq standartları qarşılamaq üçün logları izləmek lazımdır. Bundan əlavə, auditlər vaxtında bu loglar hər şeyi detallı şəkildə izah edir.
- İstifadəçilərin davranışını başa düşmək log təhlili sayt ziyarətçilərinin davranışını ətraflı formada anlamağa imkan yarada bilir. Ziyarətçilərin hansı səhifələrdə çox vaxt keçirdiyi, hansı funksiyalardan istifadə etdiyi və saytı tərk etmə səbəbləri kimi vacib məlumatlar çıxarıla bilir.
Logların təhlili üçün vasitələrə baxdıqda Log fayllarını təhlil etmək üçün bir sıra avtomatlaşdırılmış vasitələr mövcuddur. aşağıdakılar misal olaraq nəzərdən keçirə bilərik.
- ELK Stack (Elasticsearch, Logstash, Kibana) güclü və çoxfunksiyalı log təhlil platforması.
- Splunk Daha ixtisaslaşmış və kibertəhlükəsizlik üçün uyğun vasitə.
- Graylog Mükəmməl ölçəklənmə qabiliyyəti olan log idarəetmə həlli.
- AWStats və Webalizer Veb-trafiki təhlil etmək üçün populyar vasitələr.