Linux öyrənməyə haradan başlamalıyam?
Linux, çoxfunksiyalı və güclü bir əməliyyat sistemi olaraq, texnologiya sahəsində işləmək istəyənlər üçün çox mühümdür. Linux biliklərinə sahib olmaq, sistem inzibatçıları, proqramçılar, kiber təhlukəsizlik mütəxəssisləri və DevOps mühəndisləri kimi peşəkarlar üçün vacibdir. Ancaq haradan başlamaq lazımdır? Bu məqalədə Linux öyrənmə prosesi üzrə addımları izah edəcəyik.Linux-un nə olduğunu, onun yaranma tarixçəsini və istifadə sahələrini araşdırmaq Linux-un çox istifadəçili əməliyyat sistemi olduğunu başa düşün,Linux-un ödənişsiz və açıq kodlu olması,Linux-un desktop, server və IoT kimi sahələrdə istifadə edildiyini anlamaq ün vacibdir.Özünüzə uyğun olaraq linux distrosu seçin Linux-un bir çox distrosu var. Yeni başlayanlar üçün ən məşhur distrolara nəzər salaq
- Ubuntu – Yeni başlayanlar üçün mükəmməldir.
- Fedora – Yeniliklərə meylli.
- Linux Mint -Windows istifadəçiləri üçün çox müsbət dəyilər.
Yaxşı Linux distronu seçdik, növbəti addım gədli onu yoxlamağa VirtualBox kimi bir virtualizasiya alətində Linux quraşdırın və ISO faylı yükləyin və sistemi virtual maşında işlədən.Yaxşı quraşdırdıq sonrakı prosesimiz nə olacaq sualı yaranır? Narahat olmayın izah edəcəm terminaldan istifadə etməyi öyrənəcəyik birlikdə Linux-un terminal aşağıdakı fundamental komandaları virtual maşında quraşdırdığınız linux distrosu üzərində edəcəyik.
- ls: Faylları siyahılamaq.
- cd: Kataloqa keçmək.
- pwd: Cari yeri göstərmək.
- mkdir: Yeni qovluq yaratmaq.
- cp, mv, rm: Fayl və qovluqları idarə etmək.
- man: Əmrlər haqqında məlumat əldə etmək.
- sudo: Administrator hüquqları ilə əmrləri icra etmək.
- man: Komandalar haqqında yardım almaq (məsələn, man ls).
Növbəti başa düşəcəyimiz əsaslardan biridə Linux fayl sistemi strukturunu anlamaq Linux-un fayl sistemi Windows-dan fərqlidir. Əksər hallarda bu fərqləri öyrənin
- /: root fayl sistemi.
- /home: İstifadəçi faylları.
- /etc: Konfiqurasiya faylları.
- /var: Loglar və dəyişən fayllar.
Fundamental Linux kitabını yükləmək üçün
Azərbaycan dilində Yüklə