Linux

Linux hiyerarşik qovluqlar haqqında

 

Linux əməliyyat sistemində bütün proqramlar, cihazlar, fayllar və ümumilikdə sistemin bütün elementləri hiyerarşik bir qaydada müxtəlif qovluqlarda saxlanılır. Normalda, əgər qrafik interfeysindəyiksə, qovluqlarda gəzmək istəyiriksə, fayl meneceri vasitəsilə istədiyimiz qovluqlarda gəzişib, onların məzmununu görə bilərik və ya lazım gəldikdə onları redaktə edə bilərik.

Eynilə qrafik interfeysə bənzər şəkildə, əmrlər satırı üzərindən sistemi idarə edərkən də, əlbəttə ki, işlərimizi tək bir qovluq altında yerinə yetirməyəcəyimiz üçün əmrlər satırında da qovluqlar arasında rahatlıqla hərəkət etməyi bacarmağımız lazımdır. Məhz bu bölmədə, qovluqlarda rahatlıqla gəzişmək və onların məzmununu görüntüləmək üçün lazım olan əmrlərə bir-bir toxunacağıq. Yəni, bu bölmənin sonunda əmrlər satırı vasitəsilə bütün sistemdəki qovluq hiyerarşisində rahatlıqla hərəkət edə biləcəksiniz.

Lakin qovluqlarda gəzişmədən öncə, təbii ki, üzərində gəzişəcəyimiz bu qovluq quruluşunu tanımalıyıq. Çünki gəzişəcəyimiz Linux fayl sistemi hiyerarşisi, çoxlarımızın alışdığı Windows-dan bir qədər fərqlidir. Qovluq quruluşunu bilmədiyimizdə kor-koranə gəzmək məcburiyyətində qalırıq, bu da qovluqlarda gəzişmək kimi son dərəcə sadə bir işi belə çətinliklə yerinə yetirməyimizə səbəb olur. Zatən yeni başlayan istifadəçilərin qovluqlarda gəzişərkən yaşadıqları problemlərin demək olar ki, hamısı Linux sisteminin qovluq quruluşunu əsas səviyyədə bilmədiklərindən qaynaqlanır.

Linux Fayl Sistemi Hiyerarşisi

Linux əməliyyat sistemi dedikdə, çoxlu sayda fərqli paylamanın mövcud olduğunu bilirik. Bu səbəbdən, əsas fayl hiyerarşisi xaricində, paylama xüsusiyyətlərinə görə fərqli qovluqlar da ola bilər. Lakin bu vəziyyət bizim üçün problem deyil, çünki əsas fayl sistemi hiyerarşisi bütün Linux paylamalarında ortaqdır. Biz də burada məhz bu əsas quruluşdan bəhs edəcəyik.

Linux-da bütün fayllar və qovluqlar “root” adlanan “kök” qovluğu altında hiyerarşik şəkildə saxlanılır. Kök qovluq isə “/” (slash) işarəsi ilə təmsil olunur. Əsas qovluqlar aşağıdakı kimi qurulub:

 

Linux distrolarda əsas folderlərin qısa izahı:

  • / (Root qovluq): Bütün fayl sisteminin kökü buradır və digər bütün qovluqlar bu qovluğun altında yerləşir.
  • /bin: Sistem üçün zəruri olan faylları saxlayır (məsələn, ls, cp).
  • /boot: Əməliyyat sisteminin yüklənməsi üçün lazım olan fayllar (kernel, grub) burada saxlanılır.
  • /dev: Cihaz faylları, fiziki və virtual cihazları təmsil edən fayllar buradadır (məsələn, disk və portlar, klaviyatura ).
  • /etc: Sistemə aid  konfiqurasiya faylları və parametrləri burada saxlanılır.( Bu folder ilə diqqətli işləyin)
  • /home: İstifadəçilərin şəxsi faylları üçün qovluqdur.
  • /lib: Sistem proqramları və kitabxanaları saxlanılır.
  • /media: Xarici yaddaş cihazlarının montaj edildiyi qovluq.
  • /mnt: Əl ilə montaj edilən fayl sistemləri üçün müvəqqəti qovluq.
  • /opt: Əlavə proqramlar üçün istifadə olunur.
  • /proc: Sistem prosesləri haqqında məlumat saxlayan virtual qovluqdur.
  • /root: Administrator (root) istifadəçinin şəxsi qovluğudur.
  • /sbin: Sistem adminlərə aid proqramlar buradadır (məsələn, reboot, ifconfig).
  • /tmp: Müvəqqəti fayllar üçün istifadə olunan qovluq.
  • /usr: İstifadəçilər üçün nəzərdə tutulmuş proqramlar, kitabxanalar və fayllar buradadır.
  • /var: Gündəlik fayllar (loglar) və dəyişkən məlumatlar burada saxlanılır.

Qeyd: Bu struktur Linux fayl sisteminin əsasını təşkil edir və bütün distrolarda eyni prinsiplə görə işləyir.

 

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button