Linux History komandasından sitifadə
Linux-da history komandası terminalda yerinə yetirilmiş əvvəlki komandaların siyahısını görmək üçün istifadə edilir. Bu komanda vasitəsilə keçmiş əmrlərə baxmaq, onları təkrar icra etmək və ya redaktə etmək mümkündür. Aşağıda bu əmrin detalları verilmişdir.Arxivin saxlanacağı fayl $HISTFILE dəyişənində saxlanılır. Əgər siz istəsiniz , bu dəyişəni .bash_profile-dən redaktə etmək və başqa qovluğa yazmaq olar.history komandası istifadəçilərə əmrləri izləmək, təkrar icra etmək və idarə etmək üçün böyük rahatlıq təmin edir. Terminalda işləmə səmərəliliyini artırmaq üçün bu komandadan geniş istifadə edə bilərsiniz.
export HISTFILE=~/.custom_file
Saxlanılacaq arxiv sətirlərinin sayı $HISTSIZE və $HISTFILESIZE dəyişənlərində saxlanılır və standart dəyərlər 1000-dir.Aşağıda komandaların işlədildiyi tarix və vaxtı çap etmək üçün .bash_profile-ə əlavə edilməli olan dəyişən verilmişdir.
export HISTTIMEFORMAT=”%d/%m/%y %T — “
Bütün arxivi ekranda göstərmək üçün histroy komandasından sitifadə edə bilərik
history
İcra olunan hər bir komanda üçün sətirlərin sayı 1-dən başlayır və davam edir. Əgər 3-cü cərgədəki komandanı yenidən icra ediləcəksə, komandanın sıra nömrəsi əvvəlində ! (nida işarəsi) ilə yazılır. O, həm komandanı ekrana çap edir, həm də onu yerinə yetirir. (Əməliyyatdan əvvəl diqqət yetirin)
!3
History komandası ilə pip (|) komandasıda istifadə edə bilərik. Məsələn, tarixdə icra edilmiş komandaları , o cümlədən vi daxil olmaqla
history | grep vi
Son istifadə olunan 3 komandanı işə salır.
history | tail -n 3 history 3
ilk işə 7 komandanı işə salır.
history | head -n 7
Ctrl-R ilə axtarış edilə bilər. Axtarış ekranı belə olacaq.
(reverse-i-search)`’:
Axtarmağa davam etmək üçün Ctrl-R düymələrini sıxmağa davam edin. Tapdığınız zaman Enter düyməsini basın.Komandanı işlədərkən parolumuzu yazdığımız zaman həmin sətri daha sonra silmək istəyə bilərik.
history -d <setır nomresi> (verilen setir nomresini siler)
history -c (histroy tamamən silər)