Linux

Linux qrafik İstifadəçi İnterfeysi (GUI) haqqında

Salam əziz oxucular, bu gün sizə Linux-un əsaslarından biri olan GUİ haqqında danışacağıq.Linux, əsasən, terminal əsaslı əmrlərlə tanınsa da, müasir dövrdə bir çox qrafik istifadəçi interfeysi (GUI) ilə istifadəçilərə daha rahat və vizual olaraq cəlbedici təcrübə təqdim edir. Linux-un qrafik interfeysləri, əsasən, “masaüstü mühitləri” adlanan xüsusi proqram dəstləri vasitəsilə həyata keçirilir. Bu məqalədə Linux GUI anlayışı, onun əsas komponentləri və müxtəlif masaüstü mühitləri ətraflı şəkildə izah olunur.

Linux GUI-nin əsas komponentlərinə nəzər yetirək.Qrafik istifadəçi interfeysinin əsasını təşkil edən komponentdir. O, sistemin qrafik elementlərini (pəncərələr, kursor, mətn) idarə edir və cihazlar (monitor, klaviatura, siçan) ilə əlaqə yaradır.X.Org (X11)  Ən geniş yayılmış qrafik serverdir. Onilliklərdir Linux-un əsas qrafik serveri kimi istifadə olunur.Digər qrafik server olan Wayland  Daha yeni və təhlükəsiz qrafik serverdir. Daha müasir texnologiyalara əsaslanır və performans baxımından üstünlük təşkil edir.Əsas funksiyanlıqlardan biridə Desktop  meneceri desktopların yerini, ölçüsünü və üslubunu idarə edən proqramdır.Kompozit desktop meneceri  GNOME Shell, KDE KWin.Flotasiya desktop meneceri  Openbox, Fluxbox.Desktop mühit qrafik interfeysin tam görünüşünü və hissini təmin edir. Bunlar ikonalar, menyular, panel və pəncərə interfeysindən ibarət olur.Populyar Linux masaüstü mühitlərinə aşağıdakı kimidir 

GNOME, müasir dizaynı və sadə interfeysi ilə tanınır. İşləkliyin artırılması məqsədilə geniş inteqrasiya və plugin dəstəyi təqdim edir.KDE Plasma isə KDE Plasma fərdiləşdirmə imkanları və vizual effektlər təqdim edən bir masaüstü mühitidir. Onu həm sadə, həm də güclü şəkildə konfiqurasiya etmək olar.XFCE nəzər yetirsək  Əsasən yüngül və performans yönümlü bir mühitdir. Köhnə və məhdud resursları olan cihazlar üçün ideal seçimdir.Linux Mint tərəfindən hazırlanmış klassik dizaynlı, istifadəçi dostu bir masaüstü mühitidir. GNOME 2 interfeysini xatırladır.GNOME 2 masaüstü mühitinin davamı olaraq hazırlanıb. Sadə, stabil və yüngül dizayna malikdir.Digər masaüstü mühitlərindən olan LXDE və LXQt baxaq Yüngül masaüstü mühiti axtaranlar üçün nəzərdə tutulub. Çox az resurs tələb edir və köhnə kompüterlərdə effektiv işləyir.

Linux GUI-nin bizə verdiyi üstünlüklərə baxaq
Çoxseçimli interfeyslər: Müxtəlif masaüstü mühitləri ilə fərdiləşdirilmiş istifadəçi təcrübəsi.
Açıq mənbə kodu: İstifadəçilər GUI-ni öz ehtiyaclarına uyğun dəyişdirə bilər.
Təhlükəsizlik: Linux-un GUI-ləri Wayland kimi müasir protokollar vasitəsilə daha təhlükəsizdir.
Tənzimləmə imkanları: Mövcud pəncərə menecerləri və masaüstü mühitləri asanlıqla fərdiləşdirilə bilər.

Hərdən tez-tez özümüz-ozümüzə sual veririk GUI və Terminal hansı daha yaxşıdır?

Linux-un qrafik interfeysi istifadə rahatlığı baxımından faydalıdır. Terminal isə sürət, dəqiqlik və tam idarəetmə tələb edən texniki işlərdə daha güclüdür.

Yeni istifadəçilər üçün: GUI daha yaxşıdır.
Texniki mütəxəssislər üçün: Terminal daha uyğun ola bilər.

 

Bəs yuxarıda qeyd etdiyimiz qrafik interfeyisləri necə quraşdırmaq olar? ətraflı olaraq baxa bilərik.

GNOME - sudo apt install ubuntu-gnome-desktop
KDE Plasma - sudo apt install kde-plasma-desktop
XFCE - sudo apt install xfce4

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button