Linux’da Grup nədir?

Salam əziz oxucular,bu gün sizə linux əməliyyat distrolarında qruplar (groups) user icazələrinin idarə edilməsində mühüm rol oynayır. Hər bir istifadəçi yalnız öz şəxsiyyətinə (ID) malik olmaqla yanaşı,
müəyyən qruplarda da yer ala bilər. Bu qruplar vasitəsilə sistemdəki resurslara (fayllara, kataloqlara və s.) olan icazələr tənzimlənir və istifadəçilər arasında əməkdaşlıq asanlaşır.Linux distrolarında əsas qrupların, funsiyalarına baxdıqda bir neçə istifadəçiyə bir arada işləməyə imkan verir. Hər bir istifadəçi yalnız öz icazələri ilə işləyə bilər, amma qrup üzvü olaraq başqa istifadəçilərlə əməkdaşlıq edərək daha geniş icazələr əldə edə bilər. Məsələn, bir qrup üzvü olan istifadəçilər, həmin qrupun verdiyi xüsusi icazələrə əsasən, birgə işləyib fayllara daxil ola bilərlər
Qrup icazələrinə baxdıqda Linux sistemində fayl və qovluq üçün üç əsas icazə tipi mövcuddur
- Oxuma (r) – Faylın kontentini oxumaq.
- Yazma (w) – Faylın üzərində dəyişiklik etmək.
- İcra etmə (x) – Faylı icra etmək (məsələn, proqram faylını işə salmaq).
Bu icazələr istifadəçi (user), qrup (group) və digər (others) kimi üç müxtəlif kateqoriyaya bölünür. Qrup icazələri qrup üzvlərinə verilən hüquqlardır. Beləliklə, bir istifadəçi müəyyən bir qrupun üzvü olaraq, yalnız o qrup üçün müəyyən edilmiş icazələrlə işləyə bilər.
Qrup yaratmaq və istifadə etmək Linux-da yeni qrup yaratmaq üçün groupadd komandasından istifadə edilir.Bu komanda , HR adlı yeni bir qrup yaradır. Daha sonra istifadəçi bu qrupa əlavə edilə bilər:
sudo groupadd HR
sudo usermod -a -G HR user1
Bu komanda , user1 istifadəçisini HR qrupuna əlavə edir.
Qrup icazələrini təyin etmək üçün fayl və qovluq üçün qrup icazələrini dəyişdirmək üçün chmod komandası istifadə olunur. Bu komanda, file.txt faylında qrup üzvlərinə yazma icazəsi verir. Digər icazələr üçün isə aşağıdakı komandalarından istifadə edilə bilər
chmod g+w file.txt
- Oxuma icazəsi – chmod g+r file.txt
- İcra etmə icazəsi – chmod g+x file.txt
Qrup haqqında məlumatlara baxmaq üçün sistemdəki qrupları görmək üçün cat /etc/group komandasından istifadə edilə bilər. Bu fayl, bütün qrupların adlarını, hər qrup üçün istifadəçi siyahısını və digər əlaqəli məlumatları saxlayır.
Sonda isə Linux-da qruplar, sistemdəki istifadəçilərin fayllara, proqramlara və digər resurslara olan icazələrini idarə etməyə kömək edən əhəmiyyətli bir xüsusiyyətdir. Bu xüsusiyyət, həm təhlükəsizlik, həm də əməkdaşlıq üçün çox vacibdir. Qrupların düzgün qurulması və istifadəçi icazələrinin idarə edilməsi, sistemin təhlükəsizliyini və işləmə sürətini artırmağa kömək edir