Salam əziz oxucular, bu gün sizə Linux distrolarda firewall haqqında bəhs edəcəyik.Linux firewall-ları, sistemlərin təhlükəsizliyini təmin etmək və şəbəkə trafiki üzərində nəzarət etmək üçün vacib vasitələrdir.
Linux-da ən populyar firewall vasitəsi iptables və onun yeni versiyası olan nftables-dir. Bunlar Linux kernelində işləyən və şəbəkə paketlərinin necə idarə olunacağını müəyyən edən paket filtrasiya sistemləridir.
iptables və nftables arasında fərqlər var.Aşağıda tanış ola bilərsiniz.
- iptables uzun müddət Linux-da firewall üçün əsas vasitə olub. Bu vasitə ilə giriş, çıxış və təkrarən yönləndirilən paketlər üzərində müxtəlif qaydalar təyin edilə bilər.
- nftables isə daha yeni və güclü bir alternativdir. nftables, iptables-ın əvəzinə təqdim olunub və daha az mənbə sərf edərək daha çevik və genişlənə bilən firewall qaydaları yaratmağa imkan verir.
Firewall zonaların qaydaları
Linux firewall-larında təhlükəsizlik qaydaları zonalar əsasında təyin edilə bilər. Bu zonalar vasitəsi ilə sistem fərqli şəbəkə interfeysləri və ya IP-lərə müxtəlif qaydalar tətbiq edə bilir. Məsələn:
- Public: Açıq şəbəkələr üçün istifadə olunur və burada daha sərt təhlükəsizlik qaydaları tətbiq edilir.
- Private: Etibarlı şəbəkələr üçün nəzərdə tutulub.
- Trusted: İcazəli cihazlar üçün daha açıq qaydalar tətbiq olunur.
firewalld
- firewalld dinamik firewall idarəetmə vasitəsidir və xüsusi olaraq Red Hat əsaslı sistemlərdə istifadə edilir. Bu vasitə qaydaları zonalar əsasında idarə etməyə imkan verir və nftables üzərində işləyir.
- firewalld dinamik olduğu üçün, qaydaların tətbiqi üçün xidmətləri yenidən başlatmağa ehtiyac olmur, bu da rahatlıq təmin edir.
Firewall qaydaları olmalıdrı aşağıdakı kimi
Linux firewall-larında qaydalar əsasən aşağıdakı kriteriyalara əsaslanır:
- Əsaslandırma (Chain) – Giriş (INPUT), çıxış (OUTPUT) və yönləndirmə (FORWARD) qaydaları
- filtir– Hədəf IP-lər, portlar, protokollar (məsələn, TCP, UDP)
- komandalar– ICMP filtrasiya (ping qadağası), port qapalı/təhlükəsiz edilməsi və s.
iptables ilə Sadə confiqurasiya edilıməsi aşağıdakı kimidir
# Port 80 üçün girişi icazə vermək
sudo iptables -A INPUT -p tcp --dport 80 -j ACCEPT
# SSH bağlantılarını qadağan etmək
sudo iptables -A INPUT -p tcp --dport 22 -j DROP
nftables ilə sadə konfiqurasiya nümunəsi aşağıdakı kimidir
# nftables qayda əlavə etmək
sudo nft add rule inet filter input tcp dport 80 accept
# SSH bağlantılarını qadağan etmək
sudo nft add rule inet filter input tcp dport 22 drop
Linux-da firewall-ların idrəs edilməsi və config edilməsi əsasdır və monitorinqi əhəmiyyətlidir
- systemctl ilə firewalld xidmətini idarə etmək:
sudo systemctl start firewalld
sudo systemctl stop firewalld
sudo systemctl status firewalld
- firewall-cmd ilə qaydaları yoxlamaq və əlavə etmək:
# Aktif zonanı göstərmək
sudo firewall-cmd --get-active-zones
# Public zonaya qayda əlavə etmək
sudo firewall-cmd --zone=public --add-port=80/tcp --permanent
sudo firewall-cmd --reload
8. Firewall Təhlükəsizliyinin əsas prinsipləri haqqında
- Daxil olan bağlantıları məhdudlaşdırmaq: Daxil olan trafikdə yalnız icazəli bağlantılara yol vermək.
- Gediş trafikinə nəzarət: Şübhəli və ya zərərli çıxış trafiklərini izləmək və məhdudlaşdırmaq.
- Loglama və Monitorinq: Trafik axınını və firewall qeydlərini yoxlamaq, hər hansı şübhəli fəaliyyətləri müəyyənləşdirmək üçün vacibdir.
Bu qaydalar və vasitələr Linux sistemlərinin təhlükəsizliyini təmin etmək üçün əsas təşkil edir.