Linux

Linux-da mətnləri filtrləmək

Linux-da Mətnləri Filtrləmək

Linux əməliyyat sistemində mətn fayllarını və ya əmrlərdən alınan çıxışları filtrləmək üçün müxtəlif əmrlər mövcuddur. Bu əmrlər mətn fayllarındakı müəyyən sətirləri, sözləri və ya naxışları tapmaq və ya süzmək üçün istifadə olunur. Mətnlərin filtrlənməsi məlumatı daha dəqiq şəkildə idarə etməyə və ehtiyac duyulan məlumatları tapmağa kömək edir.

Aşağıda mətnləri filtrləmək üçün istifadə olunan əsas Linux əmrləri və onların izahı verilmişdir:

grep – Hər hansı mətn daxilində axtarış etmək üçün

grep komandası verilən mətndə müəyyən bir sözü axtarmaq üçün istifadə olunur.

grep [axtarılacaq_soz] [fayl_adı]

Nümunə:  grep “söz” fayl.txt

Bu komanda fayl.txt daxilində “söz” ifadəsini axtaracaq və həmin ifadənin olduğu sətirləri göstərəcək.

Laz;mlı seçimlər:

-i: Hərf ölçüsünə həssas olmadan axtarış aparır.

-r: Folder daxilində rekursiv axtarış edir.

grep -r "söz" kataloq/

-v: Sözə uyğun olmayan sətirləri göstərir.

grep -v "söz" fayl.txt

sed – Axın redaktoru (Stream Editor)

sedKomandası text fayllarını və ya outputlarını süzərək, redaktə etmək üçün istifadə olunur. Məsələn, müəyyən bir sözü əvəz etmək üçün istifadə edilə bilər.

sed 's/köhnə_yazı/yeni_yazı/g' fayl.txt

Bu komanda fayl.txt içindəki bütün “köhnə_yazı” sözlərini “yeni_yazı” ilə əvəz edəcək.

3. awk– Məlumatların işlənməsi

awk komandası sütunlara bölünmüş məlumatları filtrləmək və manipulyasiya etmək üçün istifadə olunur. Çox istifadə olunur, Ən çox böyük mətn faylları ilə işləyərkən.

awk '{print $1}' fayl.txt

Bu komanda fayl.txt faylının birinci sütunundakı məlumatları göstərəcək.

4. sort– Texti- sıralamaq

Text fayllarını və ya outputunu sıralamaq üçün sortkomandasından istifadə olunur.

sort fayl.txt

 

Bu komanda fayl içərisindəki sətirləri əlifba sırasına görə sıralayacaq.

5. uniq – Mətində təkrarlanan sətirləri silmək

uniq komandasl fayldakı və ya çıxışdakı təkrarlanan sətirləri silmək üçün istifadə edilir. Adətən sort əmri ilə birlikdə istifadə olunur, çünki uniq yalnız ardıcıl təkrarlanan sətirləri silir.

 

sort fayl.txt | uniq

wc –  Sətir sayını öyrənmək üçün

wc Komandası mətn faylındakı sözlərin, sətirlərin və simvolların sayını göstərir.

wc fayl.txt

cut– Sütunları kəsmək

cutKomandası müəyyən bir sütunu seçmək üçün istifadə olunur. Xüsusilə CSV fayllarında çox faydalıdır.

cut -d ‘,’ -f 1 fayl.txt

Bu komanda CSV faylında vergüllə ayrılmış birinci sütunun məlumatlarını çıxaracaq.

Nəticə olaraq

Linux əməliyyat sistemində mətnləri filtrləmək və emal etmək üçün bir çox güclü alətlər mövcuddur. Bu komandalardan istifadə edərək, text fayllarını daha səmərəli şəkildə idarə edə və ehtiyac bildiyiniz məlumatları asanlıqla çıxara bilərsiniz.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button