Linux

Linux PATH environment variable əhəmiyyəti nədir?

Linux-da PATH mühit dəyişəni (environment variable) sistemdə çox vacib rol oynayır. Bu dəyişən, əmrləri icra etmək üçün istifadə olunan faylın harada yerləşdiyini müəyyənləşdirmək üçün istifadə olunur. PATH dəyişənində bir sıra direktoriyalar saxlanılır, və Linux bu direktoriyalarda əmrin uyğun proqramını axtarır. Bəs bu PATH dəyişəni nədir? gəlin baxaq PATH sistem və istifadəçi səviyyəsində təyin edilmiş direktoriyalar siyahısıdır,Əgər bir komanda daxil edirsinizsə (məsələn, ls), Linux həmin əmrin uyğun icra faylını PATH dəyişənində olan direktoriyalarda axtarır.Əgər fayl PATH-də göstərilən direktoriyalarda tapılmasa, “command not found” xətası ilə qarşılaşırsınız.Bəs PATH necə işləyir? yazılan komanda işə düşür,Sistem, komandaya uyğun proqramın tam yolunu (full path) tapmaq üçün PATH-dəki direktoriyaları ardıcıl yoxlayır.Əgər faylı taparsa icra olunur.Bəs PATH-i necə yoxlamaq olar ki, işləkidir? terminalda echo komandasını yazaraq yoxlaya bilərik.

echo $PATH

Məsələn, nəticə bu cür ola bilər 

/usr/local/sbin:/usr/local/bin:/usr/sbin:/usr/bin:/sbin:/bin

 

Bu komandanın nəticəsi göstərir ki, komanda yuxarıda sadalanan direktoriyalarda axtarılır.PATH-i necə redaktə etmək olar? PATH dəyişənini dəyişmək üçün export komandasından istifadə olunur.Müvəqqəti dəyişiklik üçün PATH dəyişəninə yeni direktoriyanı əlavə etmək üçün

export PATH=$PATH:/yeni/direktoriya

Bu dəyişiklik hazırkı sessiya üçün qüvvədə qalır. Sessiya bağlanandan sonra dəyişiklik itəcək.Əgər siz bu dəyişikləri daima yadda saxlanılmasını istəyirsinizsə aşağıdakı komandanı yaz abilərsiniz

~/.bashrc, ~/.bash_profile və ya ~/.profile   fayllarından birinə daxil olun.

Aşağıdakı komandanı yazın

export PATH=$PATH:/yeni/direktoriya

Dəyişiklikləri tətbiq etmək üçün faylı yenidən yükləyin

source ~/.bashrc

PATH dəyişəninə nəzarət etmənin üstünlükləridə var PATH-ə etibarsız direktoriyalar əlavə edilməsə, zərərli proqramların icrasından qaçmaq mümkündür və Fərqli proqramların quraşdırıldığı direktoriyaları idarə etmək mümkündür.

PATH dəyişəninə “.” əlavə etmək təhlükəlidir. Məsələn, export PATH=.:$PATH bu dəyişən cari direktoriyanı əlavə edir, bu da icra edilə bilən zərərli faylların səhvən çalışdırılmasına səbəb ola bilər.

PATH-i lazımsız direktoriyalarla doldurmayın, çünki bu, əmrlərin icra müddətini yavaşlada bilər.

PATH-də dəyişikliklərdən əvvəl mövcud PATH-i qeyd etmək faydalıdır:

echo $PATH > path_backup.txt

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az