Kibertəhlükəsizlik

Kiber Təhlükəsizlik nədir? Kiberhücumlardan qorunma yolları

 

Kiber təhlükəsizlik (ing. Cybersecurity) rəqəmsal məlumatların, sistemlərin, şəbəkələrin və cihazların icazəsiz girişlərdən, hücumlardan və zərərli fəaliyyətlərdən qorunması sahəsidir. Kiber təhlükəsizlik fərdlərdən tutmuş müəssisələrə və dövlətlərə qədər hər kəs üçün vacibdir, çünki rəqəmsal dünyada məlumatlar çox dəyərli hesab olunur və onların qorunması böyük əhəmiyyət daşıyır.

Kiberhücumların təsirləri
Kiberhücumlar fərdi istifadəçi və təşkilatlar üçün ciddi nəticələrə səbəb ola bilər. Bu hücumlar maliyyə itkilərinə səbəb ola bilər, şəxsi məlumatların oğurlanmasına və hətta biznesin fəaliyyətini dayandıra bilər.

Kiberhücumlar səbəb ola bilər:

Məlumat itkisi
Kiberhücumçular həssas məlumatlara daxil olmaq və ya oğurlamaqla məlumat itkisinə səbəb ola bilər.

Ransomware
Ransomware kompüter sistemlərini kilidləməklə qurbanlardan fidyə tələb edir. Bu, təşkilatlar üçün böyük maliyyə itkilərinə səbəb ola bilər.

Reputasiyaya zərər
Kiberhücum nəticəsində məlumatların sızması və ya təhlükəsizliyin pozulması nəticəsində təşkilatların və ya şəxslərin reputasiyası zədələnə bilər.

Xidmət Kesintiləri
Bəzi hücumlar biznesin və ya xidmət təqdim edən şirkətin fəaliyyətini poza bilər və biznes itkisinə səbəb ola bilər.

Kiberhücumlardan qorunma yollarıKibertəhlükəsizliyi artırmaq və kiberhücumlardan qorumaq üçün ala biləcəyiniz bəzi ehtiyat tədbirləri bunlardır:

Güclü Parollardan istifadə edin
Güclü və mürəkkəb parollardan istifadə edərək hesablarınızı qoruyun. Parollarınızı mütəmadi olaraq dəyişdirin.

Proqram təminatlarınızı yeniləyin
Əməliyyat sistemlərinizi, tətbiqlərinizi və antivirus proqramlarınızı yeni saxlamaqla təhlükəsizliyinizi artırın.

 

Şüurlu olun
İmeyl və ya mesajlardakı naməlum linklərə və ya qoşmalara klikləməkdən çəkinin. Saxta cəhdləri tanımaq üçün diqqətli olun.

 

Firewall istifadə edin
Firewalllardan istifadə edərək kompüterinizi və şəbəkənizi qoruyun.

 

Məlumat ehtiyat nüsxəsini yaradın(Backup)
Komputerinizdəki mühüm məlumatlarınızı müntəzəm olaraq backupunu alıb başqa yerdə saxlayın. Bu backup-lar məlumat itkisi halında sizə kömək edə bilər.

Təlimlərə qatılın
Kibertəhlükəsizlik üzrə təlim almaqla təhlükəsizlik məlumatlılığınızı artırın.

Etibarlı mənbələrdən yükləyin
Proqram təminatı və faylları etibarlı mənbələrdən yükləyin.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button