Flush DNS (Clean DNS Cache) nədir?
Salam əziz oxucular, bu gün sizə DNS keş haqqında danışacağıq.DNS (Domain Name System) internetdəki çox vacib bir komponentdir. Bu sistem sayəsində insanlar asan yadda qalan domen adlarından (örnək, www.google.com) istifadə edərkən, kompüter bu adları IP ünvanlara (örnək, 142.250.74.238) çevirir. DNS cache işəməsi bu prosesin daha sürətli olmasını təmin edir.
DNS cache nədir?
DNS cache, əvvəlcən şəbəkədən sorğu edilmiş DNS qeydlərinin kompüterdə (yaxud DNS serverdə) saxlanmasıdır. Bu, veb saytlarına daha sürətli daxil olmağı təmin edir, çünki şəbəkədə yenidən DNS sorğu etməyə ehtiyac qalmır. DNS cache istifadənin faydaları olsa da, bəzən mütləq təmizlənməsi gərəkir.
Flush DNS nədir?
Flush DNS, DNS cache-i təmizləmə prosesidir. Bu, kompüterinizdə saxlanmış köhnə DNS qeydlərini silir və yeni DNS sorğu yaratmağa imkan yaradmış olur.
Flush DNS nə üçün lazımdır?
DNS cache-i təmizləmənin bir neçə vacib səbəbi vardır
- DNS Cache korlanması – Köhnə və ya yalnış DNS qeydləri bəzən şəbəkə problemlərinə səbəb ola bilər.
- Sayt Yeniləmələri: Bir veb saytın IP ünvanı dəyişsə, DNS cache bəzən yeni məlumatı görməyə bilmir.
- Təhlukəsizlik: DNS cache-i təmizləməklə phishing və ya DNS hijacking kimi problemlərin qarsısını almaq mümkün olur.
- Performans Problemləri: Köhnəlmiş DNS məlumatları performansı azalda bilər.
DNS Cache necə təmizləyə bilərik?
DNS cache-i təmizləmə prosesi əməliyyat sisteminə görə dəyişir. Aşağıda mütəlif sistemlər üçün DNS cache-i təmizləmə yolları izah olunur
Windows əməliyyat sistemində keçi təmizləmək üçün aşağıdakı addımları izləməliyik.
- Run-dan cmd yazaraq axtarışdan çıxanı işə salın.
-
ipconfig /flushdns
“Successfully flushed the DNS Resolver Cache” mesajı görünəcək.
DNS cache təmizləmə Ubuntu və ya CentOS kimi sistemlərdə DNS xidmətinizdən asılıdır.
Systemd-resolved üçün
sudo systemd-resolve --flush-caches
Linux əməliyyat sistemində keçi təmizləmək üçün aşağıdakı addımları izləməliyik.
DNS cache təmizləmə Ubuntu və ya CentOS kimi sistemlərdə DNS xidmətinizdən asılıdır.
Systemd-resolved üçün
sudo systemd-resolve --flush-caches
macOS əməliyyat sistemində keçi təmizləmək üçün aşağıdakı addımları izləməliyik.
Terminalı Açın: Spotlight vasitəsilə Terminalı axtarın.
DNS Cache təmizləyin macOS versiyanızdan asılı olaraq bu komandalar işləyə bilər.Heç bir mesaj çıxmırsa, proses uğurlu olub.
sudo killall -HUP mDNSResponder
Flush DNS-i nəzərə alınacaq haldac ehtiyatlarımız
DNS cache-i təmizlədiyiniz zaman ilk DNS sorğunuz biraz daha uzun vaxt ala bilər.Əmin olun ki, DNS xidməti tərəfində problem yoxdur.Cache təmizlənməsinə baxmayaraq problem hələ də davam edirsə, DNS serverinizin təyin edildiyi IP-ni yoxlayın.