Linux

Linux distrolarda fayl və qovluq yaratmaq

Linux əməliyyat sistemində fayl və qovluq əməliyyatları gündəlik idarəetmənin mühüm hissəsidir. Fayllar və qovluqlar (direktoriyalar) sistemin strukturlarını təşkil edir və onları idarə etmək üçün müxtəlif komandalar mövcuddur. Bu məqalədə, Linux-da fayllarla və qovluqlarla işləmək üçün istifadə olunan əsas komandaları və onların funksiyalarını ətraflı şəkildə təqdim edəcəyik.

Linux-da fayl yaratmağın çəxslı yolları vardır. Aşağıda bu üsullardan bəzilərinə baxaq

Bu, fayl yaratmaq komandasıdır. touch fayl1, fayl2, fayl3 kimi kollektiv şəkildə yaradıla bilər.Bu komanda faylı yaradacaq. Əgər eyni adlı fayl artıq varsa, touch faylın vaxt dəyərlərini yeniləyəcək.

mkdir – Qovluq yaratmaq komandası. mkdir directory1 directory2 directory3 birdən çox qovluq yaradıla bilər.
-p
parametri alt kataloqları olan qovluğu yaradır. mkdir -p qovluq/alt qovluq1/alt qovluq2.

cp – Bu, faylın kopyasını çıxarmaq komandasıdır. -i parametri üzərinə yazma əməliyyatları üçün təsdiq tələb edir.Cavablar y/n hərfləri ilə verilir.Qovluqda da -r parametri ilə kopyalana bilər. cp -r <kopyalanan qovluq> <kopyalanacaq qovluq>

mv – Bu fayl köçürmə komandasıdır. cp komandasındakı istifadələr də burada etibarlıdır.
O, həmçinin fayl adlarını və uzantılarını dəyişdirmək üçün istifadə olunur. mv <filename> <filename.extension>

rm <fayl/qovluq> – Fayl silmə komandasıdır 

  • -r paramet ilə qovluqlarda  silinəbilir.
  • -ri parametri silinmə vaxtı təsdiqini tələb edir. Cavablar y/n hərfləri ilə verilir.
  • -rf paremetiri heç bir sual vermədən silmə əməliyyatı edir.
  • * İsitfadəsi ilə qovluqdakı  bütün faylları silir. rm /tmp/*

cat <fayladı> Faylın içini oxumaq üçündür.

-n paremetiri ilə sətirləri nümrəli olaraq ardıcıl göstərir.

nl <fayladı> komandası ilə eyni funksiyanı yerinə yetrir.

echo CLI və ya fayllara yazı yazmaq üçün istifadə olunur.Bir fayla yazı yazdırmaq üçün > operatorundan istifadə olunur.Nümunə üçün  echo “Orxan Calalov” > test.txt kimi yazıb nümunə edə bilərik.

more və less <fayladı> “more” və “less” komandaları fayl məzmununu səhifələrlə göstərmək və istifadəçiyə fayllarla işləməkdə kömək edən əmr alətləri olaraq çox faydalıdır.Hər iki komanda müəyyən ehtiyaclara uyğun olaraq fərqli vəziyyətlərdə istifadə edilə bilər, lakin ümumiyyətlə “less” daha üstün hesab olunur.

head və tail  komandaları faylların başlanğıcı və sonu ilə işləmək üçün istifadə olunan çox faydalı alətlərdir. “head” komandasının faydalı olduğu yerlər faylın başını sürətlə yoxlamaqdır, “tail” isə xüsusilə log faylları və faylın sonundakı yenilikləri izləmək üçün əvəzsizdir.Mətindəki faylın ilk və ya son 10 sətrini görüntüləyə bilir. -n paremetiri ilə isə 10 dəyərini dəyişdirə bilərik.

sort <fayladı> komandasının əsas funksiyası, verilən məlumatı sıralamaqdır. Bu komandadan, mətn fayllarını, nömrələri və ya hər hansı digər datalar; sıralamaq üçün istifadə edilə bilər.

sort fayl.txt -Əlifba sıralama (Default)

sort -r fayl.txt – Əks sıralama edir

sort -n saylar.txt – Nömrə ilə sıralama edir

sort -k 2 fayl.txt – Sıralama xüsusi açar ilə

sort -u fayl.txt – Təkrarlanan sətirləri silmək

grep – komandasının əsas məqsədi, müəyyən bir nümunəyə uyğun olan sətirləri tapmaqdır. Aşağıda bu komandanın əsas istifadə qaydalarını və parametrlərini tapa bilərsiniz.

grep “axtaracağımız məlumat” fayl.txt,  Sözün böyük və kiçik Hərflərini gözdən keçirmədən axtarış grep -i “axtarılacaq məlumat” fayl.txt

find – komandası əsasən müəyyən bir direktoriyada və ya onun alt direktoriyalarında müəyyən şərtlərə uyğun olan faylları tapmaq üçün istifadə edilir.

Sadə fayl axtarışı üçün find /home/user -name “fayl.txt”,

Faylın ölçüsünə görə axtarış  -size parametri, faylın ölçüsünə görə axtarış etməyə imkan verir. find /home/user -size +1M

locate  komandası, fayl adlarını və ya müəyyən bir nümunəyə uyğun olan faylları tapmaq üçün istifadə edilir. Bu komanda, updatedb adlı başqa bir komanda ilə yaradılan verilənlər bazasından istifadə edir.

locate -i fayl.txt

Dəqiqləşdirilmiş nümunə ilə axtarış üçün locate “*.txt”

-i  – Böyük/kiçik hərf fərqini gözardı edərək axtarış edər.
-n  -<say> Yalnız <say> sayda nəticəni göstərir.
-r –  <pattern> Regulyar ifadə ilə uyğun gələn faylları tapmağa imkan verir.
-c –  Tapılan faylların sayını göstərir, fayl adlarını göstərmədən yalnız sayını verir.
-l –  Sadəcə fayl adlarının yollarını (tam yollarını) göstərir.
-S-  Faylların ölçülərini də göstərir.
-d – Yalnız direktoriyaları göstərir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button