Linux
EPEL-release Repo və Kernel-i yeniləmək (updates)
Salam əziz dostlar, bu gün sizə EPEL haqqında danışacağıq EPEL (Extra Packages for Enterprise Linux), Red Hat Enterprise Linux (RHEL) və onun törəmə sistemləri üçün əlavə proqram paketləri təqdim edən bir depo sistemidir. EPEL, xüsusilə CentOS və Fedora istifadəçiləri üçün faydalıdır. EPEL-in əsas xüsusiyyətləri və istifadəsi haqqında bəzi mühüm məqamlar.
EPEL-Release reposu
- Quraşdırma: EPEL deposunu aktivləşdirmək üçün adətən
epel-release
paketini yükləməlisiniz. Bu, EPEL deposunun konfiqurasiya fayllarını sisteminizə əlavə edir.
Quraşdırma komandası:
Deponun konfiqurasiyası üçün: EPEL, rəsmi RHEL və CentOS depoları ilə birlikdə işləyəcək şəkildə hazırlanmışdır.
Kernelin yeniləmək üçün
- Nüvə Yeniləmələri: EPEL, nüvə yeniləmələri təqdim etmir. Ancaq EPEL ilə birlikdə işləyən əlavə proqramlar üçün davamlı yeniləmələr təklif edir.
- Yeniləmələri Kontrol Etmək: Sisteminizi güncel saxlamaq üçün müntəzəm olaraq
yum update
komutunu istifadə etməlisiniz.
Əsas bilməyiniz lazım olanlar.
- Uyğunluq: EPEL, rəsmi paketlərlə uyğun olacaq şəkildə hazırlanmışdır. Ancaq bəzi hallarda EPEL-dək bir paket, sisteminizdəki digər paketlərlə toqquşa bilər.
- Backup: Yeniləmələrdən əvvəl sisteminizin ehtiyat nüsxəsini almaq, mümkün problemlərin qarşısını ala bilər.
- Alternativ Paketlər: EPEL, müxtəlif proqramlar üçün alternativ paketlər təqdim edir. Bu, istifadəçilərə ehtiyaclarına uyğun daha çox seçim imkanı tanıyır.
- Təhlükəsizlik: EPEL depoundakı paketlər icma tərəfindən yoxlanılır, lakin rəsmi RHEL və ya CentOS təhlükəsizlik yeniləmələri ilə eyni səviyyədə dəstək verilmir.
EPEL, xüsusilə əlavə proqramlar axtaran istifadəçilər üçün olduqca faydalıdır. Ancaq istifadə etməzdən əvvəl diqqətlə incələmək və sistem tələblərinizi nəzərə almaq önəmlidir.