Hansı linux distornu seçmək lazımdır?

Salam əziz oxucular, bu gün sizinlə birgə linux dünyasına yeni başlayanlar üçün hansı linux distronu seçməkdə əgər qərarsızıqsa və linux dünyasına qoşulmaq istəyirsinizsə, ilk addım kimi hansı distrodan istifadə edəcəyinizi müyən etməlisiniz. Linux-un çoxsaylı distroları arasında Ubuntu, Fedora və Debian əsas populiyar olanlardan hesab edilir. Hər bir distrounun özünəməxsus xüsusiyyətləri var. Gəlin, hansı distro sizin ünün daha uyğun olduğunu öyrənmək üçün onlara yaxından nəzər salaq.
Ubuntu
Üstünlüklərinə nəzər salaq
- Sadə və istifadə dostu interfeys – Ubuntu yeni başlayanlar üçün mükəmməl bir seçimdir. Sadə interfeysi və geniş icma dəstəyi ona Linux-a yeni keçənlərin sevimlisi edir.
- Daimi yenilənmələr – Canonical şirkəti tərəfindən dəstəklənir və LTS (Long Term Support) buraxılışları illərcə yenilənmə alır.
- Proqram dəstəyi – Ubuntu, Snap və Flatpak kimi universal paket formatlarını dəstəkləyir ki, bu da çox sayda proqramı asanlıqla quraşdırmağınıza imkan yaradır.
- Kimlər üçün uyğundur -Yeni Linux istifadəçiləri, ev istifadəçiləri və kiçik biznes sahibləri.
Fedora
Üstünlüklərinə nəzər salaq
- Son texnologiyalar – Fedora daim ən yenilikçi paylamalardan biridir. O, yeni çıxan proqram və texnologiyaların test edildiyi bir platforma hesab olunur.
- Red Hat-a bağlılıq – Fedora, Red Hat Enterprise Linux (RHEL) üçün bazis rolunu oynayır, buna görə peşəkar istifadə sahələrində çox yayılıb.
- Flatpak dəstəyi – Flatpak formatını nativ olaraq dəstəkləyir, bu da proqram paylamasını daha rahat edir.
- Kimlər üçün uyğundur -Texnologiya həvəskarları, proqram tərəfşələri və peşəkarlar.
Debian
Üstünlüklərinə nəzər salaq
- Sabitlik – Debian çox sabit və etibarlıdır. Server mühitində istifadə olunmaq üçün ideal bir seçimdir.
- Geniş proqram bazası – Debianın depoları çox sayda proqramı əhatə edir.
- Tam açıq mənbə – Debian tamamilə açıq mənbə koduna sadiqdir, bu da onu fəlsəfi baxımdan Linux həvəskarları üçün cazibəli edir.
- Kimlər üçün uyğundur – Sistem administratorları, server istifadəçiləri və təcrübəli Linux həvəskarları.
Sonunda baxaq hər üç paylama öz sahəsində çox yaxşı performans göstərir. Əgər yeni Linux istifadəçisisinizsə, Ubuntu sizin ünün daha uyğun ola bilər. Daha çevik və yenilikçi bir mühit axtarırsınızsa, Fedora seçin. Sabitlik və server istifadəsi üçün isə Debian ideal variantdır.