Linux-da default yayılan shell interpretatorlar

Linux distrolarda istifadə olunan əsas interpretatorlar (shell-lər) komandaların icrasını təmin edən proqramlardır. Bu interpretatorlar istifadəçilərə əmrləri yerinə yetirmək, skriptlər yazmaq və sistemlə qarşılıqlı əlaqə qurmaq üçün imkan yaradır. Bu məqalədə Linux-da ən çox yayılan default interpretatorlar haqqında ətraflı məlumat veriləcəkdir.
1. Bash (Bourne Again Shell)
Xüsusiyyətlərinə ətraflı baxdıqda
- Linux-un demək olar ki, bütün distributivlərində default olaraq gəlir.
- Bourne Shell (sh) üzərində qurulmuşdur və əlavə funksiyalar təklif edir.
- Avto-tamamlanma, tarix (history) yaddaşı və skript yazmaq üçün geniş imkanlara malikdir.
- POSIX standartlarına uyğun gəlir və geniş yayılmışdır.
Üzərində default gəldiyi distributivlərə baxdıqda
- Ubuntu
- Debian
- Fedora
- Arch Linux və s.
2. Dash (Debian Almquist Shell)
Xüsusiyyətlərinə nəzər saldıqda Yüngül və sürətli POSIX uyğunluqlu shell-dir.Debian və Ubuntu kimi distributivlərdə /bin/sh olaraq default istifadə edilir.Bash ilə müqayisədə daha az resurs istifadə edir, lakin bəzi Bash spesifik xüsusiyyətlərə malik deyil.Default dəldiyi distributivlərə baxdıqda Debian,Ubuntu
3. Zsh (Z Shell)
Xüsusiyyətlərinə nəzər saldıqda Bash ilə müqayisədə daha inkişaf etmiş avto-tamamlanma və fərdiləşdirmə imkanlarına malikdir.Oh My Zsh kimi framework-lərlə daha geniş imkanlar təqdim edir.Komandaların yazılmasını asanlaşdıran sintaksis rənglənməsi və effektiv tarix idarəçiliyi təklif edir.Default gəldiyi distributivlərə baxdıqda macOS-da default olaraq gəlir, lakin bəzi Linux distributivlərində əl ilə qurulmalıdır.
4. Ksh (Korn Shell)
Xüsusiyyətlərinə nəzər saldıqda Korn Shell UNIX əsaslı shell-dir və POSIX uyğunluqludur.Komandaların avto-tamamlanması və skript yazmaq üçün inkişaf etmiş imkanlara malikdir.Performans baxımından Bash-dan daha sürətli ola bilər.Default gəldiyi distributivlərə baxdıqda AIX,Solaris Bəzi Linux distributivlərində əl ilə qurulmalıdır.
5. Fish (Friendly Interactive Shell)
Xüsusiyyətlərinə baxdıqda İstifadəçi dostu interfeys və avtomatik sintaksis vurğulama (highlighting) funksiyası var.Default olaraq geniş avto-tamamlanma xüsusiyyətləri ilə gəlir.Digər shell-lərdən fərqli sintaksisə malikdir və POSIX uyğun deyil.Default gəldiyi distributivlərə nəzər saldıqda Əksər Linux distributivlərində default deyil, ancaq əl ilə quraşdırmaq mümkündür.
Sonunda isə Linux-da müxtəlif interpretatorlar mövcuddur və onların hər biri fərqli məqsədlərə xidmət edir. Ən geniş yayılmış və default gələn interpretator Bash olsa da, sistem optimizasiyası üçün Dash, fərdiləşdirmə üçün Zsh və istifadəçi dostu interfeys üçün Fish kimi alternativlər də mövcuddur. Hər bir istifadəçi öz ehtiyaclarına uyğun olaraq bu shell-ləri seçib istifadə edə bilər.