Kibertəhlükəsizlik

DDoS hücumları nədir ?

DDoS hücumları nədir və onlardan necə müdafiə olmaq olar?

DDoS (Distributed Denial of Service) hücumu, bir sistemin, şəbəkənin və ya veb xidmətin normal işləməsini dayanırdırmaq üçün çoxsaylı mənbələrdən eyni anda edilən şümul hücumdur. Hədəf server, şəbəkə cihazları və ya tətbiqə məxsus resursları yükləyərək, normal istifadəçilərin xidmətə çıxışını məhdudlaşdırır. Əsas məqsədlərinə baxdıqda Resursların əlçatanlığını məhdudlaşdırmaq və Şirkətlərə, təşkilatlara və ya fərdi şəxslərə maddi və ya reputasiya zərəri vurmaq.DDoS hücumlarının əsas növlərinə baxdıqda Volumetric Attacks
Bu növ hücumlar şəbəkəni çox miqdarda trafiklə dolduraraq hədəf sistemi istifadəsizlik həddinə çatdırır.Nümunə olaraq UDP flood, ICMP flood, DNS amplification Digər hücum növlərindən olan Protokol hücumlarıdır
Şəbəkə cihazlarının protokol resurslarını tükətməyi hədəfləyir.Məsələn SYN flood, Ping of Death. Növbəri hücum növlərindən biridə HTTP flood-du 

Gəlin sizinlə birlikdə DDOS hücumların növlərinə birgə baxış keçirək, hansı hal olduqda DDOS hücumun əlamətləri olur.Şəbəkənin yavaşlaması və ya dayanması,Xidmətlərin əlçatmaz olması,Yüklənmə və cavab vaxtlarının çox uzanması və Şəbəkədə trafik həcmində ani artımı müşahidə edilir.

DDoS hücumlarından necə müdafiə olmaq olar? 

Şəbəkə təhlükəsizlik alətlərindən İstifadə edin Firewall və Router konfiqurasiyaları  zərərli trafiki bloklamaq üçün düzgün qaydalar tətbiq edin,Web Application Firewall (WAF) xüsusilə tətbiq səviyyəsi hücumlarını dayandırmaq üçün ən güclü proqram təminatlarındadır.

CDN və DDoS müdafiə xidmətlərinə baxdıqda Cloudflare, Akamai, və ya AWS Shield kimi bulud bazalı həllərdən istifadə edərək trafiki idarə etmək,Trafiki bir neçə server arasında paylamaqla sistemin çökməsinin qarşısını alır.yəni (Loadbalancer etmək)

Monitorinq Tool-dan istifadə edin Real vaxt rejimində trafiki izləyən alətlər (Wireshark, Zabbix) istifadə edin,normal şəbəkə trafiki həcmindəki dəyişiklikləri vaxtında müyən edin.Hücumdan sonra təhlil aparmaq lazımdır.Hücum mənbələrini və türlərini müyən etmək üçün logları analiz edin.Zəiflikləri gözərdən keçirin müdafiə strategiyalarını yeniləyin.DDoS hücumları ciddi təhlükə yarada bilər və şəbəkə resurslarına ciddi ziyan vura bilər. Lakin, müsbət müdafiə strategiyaları tətbiq etməklə və müdafiə alətlərindən istifadə etməklə bu hücumlara qarşı effektiv qorunmaq mümkün olur. Hazır müdafiə mexanizmləri, monitorinq sistemləri və bərabər trafik idarə etmə strategiyaları bu tür təhlükələri minimuma endirməkdə əsas rol oynayır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button