Linux

Əhatəli Linux komandaları (Cheat Sheet)

Bu cədvəl sistem administrasiyası, fayl idarəetməsi, şəbəkə, təhlükəsizlik, disk-in idarəetməsi və daha çox sahələri əhatə edir

Salam əziz oxucular, bu gün sizin üçün Aşağıda Linux komandaları üzrə hərtərəfli bir Cheat Sheet təqdim edirəm. Bu cədvəl sistem administrasiyası, fayl idarəetməsi, şəbəkə, təhlükəsizlik, disk-in idarəetməsi və daha çox sahələri əhatə edir.Bu  Linux komandalarına əsaslanan gündəlik tapşırıqları asanlaşdırmaq üçün geniş və ətraflı bələdçidir.

Fayl və qovluq üçün komandalar

ls                        Folderin içərsini siyahıya alır.
pwd                       Cari olduğun yeri göstərir.
cd [qovluq]               Folderi dəyişdirir.
mkdir [folder]            Yeni folder yaradır.
rmdir [folder]            Boş folderi silir.
cp [fayl] [hədəf]         Faylı və ya folderi kopyalayır.
mv [fayl] [hədəf]         Faylı və ya folderi köçürür və ya adını dəyişir.
rm [fayl]                 Faylı silir.
find [kataloq] -name [ad] Faylı və ya kataloqu tapır.

Faylın içərsindəki məlumatlara baxış və redaktə

cat [fayl]    Faylın məzmununu göstərir.
less [fayl]   Faylı səhifə-səhifə baxır.
more [fayl]   Faylı səhifə-səhifə göstərir.
nano [fayl]   Sadə mətn redaktoru açır.
vim [fayl]    Advanced mətn redaktoru.
head [fayl]   Faylın ilk sətrini göstərir.
tail [fayl]   Faylın son sətrini göstərir.

Fayl İcazələri və sahibliyini göstərən komanda cədvəli

chmod [icazələr] [fayl]     Faylın və ya folder icazələrini dəyişir.
chown [istifadəçi] [fayl]   Faylın sahinini dəyişir.
ls -l                       Fayl icazələrini siyahıya alır.

 

Proseslər və sistem resurslarına nəzarət üçün

ps            Aktiv prosesləri siyahıya alır.
top           Sistemin işləməsini real vaxtda göstərir.
kill [PID]    Prosesə siqnal göndərir.
htop          Prosesləri idarə etmək üçün interaktiv interfeys.

 

Şəbəkə komandaları

ping [host]              Hostun işlək olub olmadığını  yoxlayır.
ifconfig                 Şəbəkə interfeysi məlumatlarını göstərir.
netstat                   Şəbəkə əlaqələrini və statistikalarını göstərir.
scp [fayl] [host]:[hədəf] Faylı uzaq serverə kopyalayır.

 

Disk İdarəetməsinə baxmaq üçün

df -h             Diskin istifadə vəziyyətini göstərir.
du -h [folder]    Fayl və folderlərin ölçüsünü göstərir.
mount [cihaz]     [folder] Fayl sistemini montaj edir.
umount [folder]   Fayl sistemini montajdan çıxarır.

 

Backup və Arxivləşdirmə üçün siyahıdakı komandalar ilə tanış ola bilərsiniz.

tar -cvf [arxiv.tar] [fayl/folder]     Fayl və ya folderi arxivləşdirir.
tar -xvf [arxiv.tar]                   Arxivi açır.
gzip [fayl]                            Faylı sıxışdırır.
gunzip [fayl.gz]                       Sıxışdırılmış faylı açır.

 

Digər faydalı komandaların bəziləri ilə siyahıda tanış ola bilərsiniz.

history            İstifadə edilmiş komandaların siyahısını göstərir.
alias [ad]=[əmr]   Yeni komanda qısayolu yaradır.
whoami             Cari useri göstərir.
uptime              Sistemin nə qədər müddət işlədiyini göstərir.

Bu Cheat Sheet sizə Linux komandaları tez bir zamanda sizə  xatırlamaq üçün əlverişli olacaq. 

 

 

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button
ILK-10 Azeri Website Directory Top.Mail.Ru MobTop.az