Linux
Linux chmod İcazələri sadə izahla

Linux əsaslı əməliyyat sistemində fayl və folder icazələrin düzgün şəkildə təyin olunması sistemin təhlükəsizliyi və idarəolunması baxımından böyük əhəmiyyət daşıyır. Hər bir fayl və kataloq üç əsas istifadəçi qrupu üçün icazələrə malikdir: sahibi (owner), qrup (group) və digər istifadəçilər (others). Bu icazələr üç əsas növdə olur: oxuma (read – r), yazma (write – w) və icra (execute – x).
Fayllar üçün icazələr
-
Oxuma – fayl məzmununu oxumağa icazə verir.
-
Yazma – faylın məzmununu dəyişməyə imkan verir.
-
İcra – faylı proqram kimi işlətməyə imkan yaradır.