Bash profili və Faylları
Salam dəyərli oxucular, bu gün sizə Linux-un ən önəmli mövzularından biri olan Bash haqında yazacağıq.Bash profilləri və faylları Linux distrolarda userlərin giriş vəziyyətini və evorment dəyişənlərini təyin etmək üçün istifadə olunur. Bu fayllar, həm sistem səviyyəsində, həm də fərdi user səviyyəsində işləyə bilər. Bash işə başladığında bu fayllar ardıcıl olaraq oxunur və icra edilir, beləliklə, müəyyən dəyişənlər, aliaslar, funksiyalar və digər konfiqurasiyalar yüklənir.
Əsas Bash Profil Faylları:
/etc/profile:
Sistemdəki bütün userlər üçün qlobal giriş konfiqurasiyalarını təyin edir.
Burada konfiqurasiya olunan dəyişənlər və aliaslar bütün userlər üçün keçərlidir.
/etc/bashrc və ya /etc/bash.bashrc:
Qlobal bashrc faylıdır, interaktiv və qeyri-login shell-lər üçün istifadə olunur.
Bu fayl da bütün userlərə təsir edir və adətən aliaslar, funksiyalar, promptlar təyin olunur.
~/.bash_profile:
Fərdi userlər səviyyəsində konfiqurasiya faylıdır. Hər bir userin öz bash_profile faylı olur.
Bu fayl adətən userlərin login shell-ləri üçün işləyir və fərdi parametrlər təyin edir.
~/.bashrc:
Hər bir userin interaktiv shell-ləri üçün konfiqurasiya faylıdır. Bu fayl, bash_profile faylı ilə birlikdə işləyə bilər.
Aliaslar, shell funksiyaları və envorment dəyişənlərini buradan təyin edilir.
~/.bash_logout:
User sistemdən logout etdikdə işləyən fayldır. User çıxış etdikdə müəyyən komandalar işləyə bilər.
Bash fayllarının icra prosesi aşağıdakı kimi olur:
- User sistemə login etdikdə, sistem ardıcıl olaraq bu faylları işə salır:
- Əvvəlcə
/etc/profile
yüklənir. - Daha sonra fərdi
~/.bash_profile
,~/.bash_login
və ya~/.profile
icra olunur. - Login etdikdən sonra shell açıldıqda
~/.bashrc
yüklənir. - User sistemdən çıxış etdikdə isə
~/.bash_logout
işləyir.
- Əvvəlcə
Bash faylları ilə İşləyərkən dəyişikliklər:
- Sistemə Aliaslar əlavə etmək üçün:
~/.bashrc
faylınaalias ll='ls -la'
kimi yazaraq qısayol aliasları təyin edə bilərsiniz. - Environment dəyişənləri əlavə etmək üçün:
export PATH=$PATH:/yeni/path
kimi dəyişənləri əlavə edib mövcud mühiti dəyişə bilərsiniz.
İstənilən dəyişiklikdən sonra sistemi restart etdikdən sonra source ~/.bashrc
və ya yeni bir shell açmaq lazımdır.