Linux

Ubuntu 24.04 Server-in qurulması (şəkilli)

Salam dostlar, bu gün sizə Ubuntu serverin quraşdıırlmasını izah edəcəm. Ubuntu 24.04 LTS (Long Term Support) server versiyası, sabitlik və təhlükəsizlik baxımından çox geniş istifadə olunan Linux distorusudur.

1.ISO Faylının Hazırlanması Ubuntu-nun rəsmi saytından Ubuntu Server 24.04 LTS ISO faylını endir.Rufus, BalenaEtcher və ya Ventoy vasitəsilə ISO-nu USB-ə yaz

 

[2] Klaviatura dil seçin. Tab düyməsi ilə növbəti sahələrə keçin, Enter düyməsi ilə Siyahıya baxın, Kursor düyməsi ilə element seçin.

 

[3] Quraşdırma üçün Ubuntu server bazasını seçin.

[4] Bu, şəbəkə konfiqurasiyası bölməsidir. Əgər lokal şəbəkənizdə DHCP server varsa, IP ünvanı avtomatik olaraq təyin edilir.

[5] Ehtiyac yoxdursa, boş ilə davam etmək yaxşıdır.

[6] Paketləri əldə etmək üçün mirror  Server URL-ni daxil edin. Ümumiyyətlə, lokal olaraq hansı ölkədən qoşulmaqa cəhdini görüb avtomatik olaraq ən yaxın olanı konfiqurasiya edir.

[7]  Xüsusi tələbləriniz yoxdursa, defolt parametrlərlə davam etmək yaxşıdır.

[8] Bu partiton konfiqurasiyasının xülasəsidir. Hamısı OK olarsa, [Done ] seçin və növbəti ilə davam edin.

[9] Burdada Contune edib keçin

[10] Administrator  hesabını təyin edin. İstədiyiniz istifadəçi adı və şifrənizi daxil edə bilərsinz.

[11] Burda Ubuntu pro keçmək ilə bağlı pəncərə var. Ubuntu pro olanda 10 il pulsuz dəstək verir.

[12] Quraşdırma zamanı SSH Serveri quraşdırıb-qurmamağı soruşur.Əgər istəyirsinizsə seçin.

[13] Server istifadəsində tez-tez istifadə olunan proqramlar varsa burdan seçə bilərsiniz.Əgər heç bir program lazım deyilsə skip edib keçə bilərsiniz.

[14] Quraşdırma prosesi başa çatdıqdan sonra kompüteri yenidən başlatmaq üçün [Reboot Now] seçin.

[15] Kompüteri yenidən başlatdıqdan sonra quraşdırma zamanı təyin etdiyiniz istifadəçi və parol ilə daxil olun. Normal daxil olsanız, Ubuntu Server quraşdırmanız uğurla başa çatdı. mesajı alacaqsınız.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax
Close
Back to top button