Proqramlaşdırma dilləri

Python və SQL Öyrən – Sıfırdan irəli səviyyəyə (Pulsuz kurslar)

Salam əziz oxucular! 

Bu gün sizə proqramlaşdırmanı sıfırdan öyrənmək istəyənlər üçün iki əla və tamamilə pulsuz video kurs təqdim edirik. Bu videolar həm başlanğıc, həm də irəli səviyyəyə keçmək üçün möhtəşəm imkanlar yaradır. Əgər siz də kodlaşdırma bacarıqlarınızı inkişaf etdirmək, real layihələr üzərində işləməyi öyrənmək və IT sahəsində karyera qurmaq istəyirsinizsə, bu kurslar sizin üçündür!

🐍 1. Bro Code – Python Full Course for Free (2024)

Təqribən video dərsin  12 saat uzunluğunda, videonun Dili İngilis dilindədir.Proqramlaşdırmaya yeni başlayanlar üçün

Kursda nə öyrənəcəksiniz?
  • Python sintaksisi və əsas anlayışlar
  • Dəyişənlər, funksiyalar, siyahılar, dövrlər və şərtlər
  • Object-Oriented Programming (OOP)
  • Fayllarla iş, modul istifadəsi və real dünya layihələri

Kursun üstünlüklərinə baxdıqda Bro Code sadə və əyləncəli izah üslubu ilə tanınır. Hər mövzuya real nümunələrlə yanaşır.

Data with Baraa – SQL Full Course for Beginners (30 Hours)

30 saatlıq dərin təlim videonun Dili İngilis dilindədir.Verilənlərlə işləmək, data analizi və backend proqramlaşdırmaya maraqlı olanlar üçün Nə öyrənəcəksiniz?

  • SQL sintaksisi: SELECT, WHERE, JOIN, GROUP BY və s.
  • Cədvəllərin yaradılması və əlaqələndirilməsi
  • Məlumatların təhlili və hesabatların hazırlanması
  • Real layihələr üzərində praktiki tətbiqlər
  • Kursun üstünlükləri
  • Step-by-step yanaşma, ələ alınan real problemlər və praktiki tapşırıqlar.

Yekunda isə Bu iki kursla siz həm proqramlaşdırma (Python), həm də verilənlər bazası (SQL) biliklərinizi möhkəmləndirəcək, IT dünyasında özünüzə yer açacaqsınız. İstər data analyst olun, istər backend developer – bu təməl biliklər hər zaman lazım olacaq.

 

SQL Full Course for Beginners (30 Hours) – From Zero to Hero

Python Full Course for free 🐍 (2024)

 

 

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button