Linux

Ubuntu desktop 24.02-da SSH aktiv etmək

SSH (Secure Shell) şəbəkə üzərindən digər kompüterə təhlükəsiz şəkildə daxil olmaq və onu idarə etmək üçün istifadə olunan bir protokoldur. Ubuntu Desktop 24.02 versiyasında SSH serveri aktiv etmək üçün aşağıdakı addımları izləyə bilərsiniz.

 

1-ci addım terminalı açırıq
Əvvəlcə klaviaturadan Ctrl + Alt + T düymələrinə basaraq və ya “Terminal”-ı  axtararaq terminalı açın.

 

2-ci addım  SSH Server paketini quraşdırmaq lazımdır.Ubuntu-da SSH server paketi openssh-server adlanır. Quraşdırmaq üçün aşağıdakı komandanı terminala yazıb enter vurun.Bu komandanın mənası bundan ibarətdir ki, əvvəlcə sistemdəki paket siyahısını yeniləyir, sonra isə openssh-server paketini quraşdırır.

 

sudo apt update && sudo apt install openssh-server -y

 

3-cü addım SSH servisini  vəziyyətini yoxlamaq lazmımdır.Quraşdırmadan sonra SSH server avtomatik işləməlidir. Aşağıdakı komanda vasitəsilə statusunu yoxlaya bilərsiniz.Əgər  yaşıl rəngdə active (running) yazısını görürsünüzsə, SSH server hazırdır demək.

systemctl status ssh

 

4-cü addım Əgər servis aktiv deyilsə və ya sonradan deaktiv olubsa, onu aşağıdakı komanda ilə işə sala bilərsiniz

sudo systemctl start ssh

 

5-cü addım SSH servisinin  avtomatik işə düşməsini istəyirsinizsə aşağıdakı komandanı işə salın.

sudo systemctl enable ssh

 

6-cü addım Firewall (UFW) ilə SSH üçün icazə verin (əgər aktivdirsə) Əgər UFW firewall aktivdirsə, SSH bağlantılarına icazə vermək lazımdır

sudo ufw allow ssh
sudo ufw reload

Komandanı işə saldıqdan sonra hazırki statusunu yoxlaq lazımdır görək statusu nə yerdədir?

sudo ufw status

 

7-ci addım SSH ilə daxil olmaq (başqa komputerdən ) SSH ilə bu Ubuntu sisteminə daxil olmaq üçün, həmin cihazdan aşağıdakı komandanı yazın

ssh [email protected]

 

 

Qeyd: IP adresininiz öyrənmək üçün terminalda ip a və ya hostname -I komandasından istifadə edərək öyrənə bilərsiniz.Ubuntu Desktop 24.02 versiyasında SSH serverin aktiv edilməsi sadə və effektiv bir prosesdir. Bu metodla uzaqdan bağlantı qurmaq, sistem idarəetməsi və digər server funksiyalarını yerinə yetirmək mümkün olur. Təhlükəsizlik məqsədi ilə SSH portunun dəyişdirilməsi, açar əsaslı identifikasiya və fail2ban kimi əlavə tədbirlər görülməsi tövsiyə olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button