Linux-da Prosess və Job arasındakı fərqlər

Linux istifadə edən distrolardan istifadiçilər tez-tez prosess və job anlayışları ilə rastlaşırlar. Bu iki anlayış oxşar görüsə də, onlardan istifadə qaydaları və idarə edilməsi fərqlidir. Bu məqalədə prosess və job arasındakı əsas fərqləri izah edəcəyik.
Prosess (Process) nədir? Prosess, Linux əməliyyat sistemində icra edilən proqramın bir instansiyasıdır. Hər bir prosess unikal bir PID (Process ID) ilə təyin olunur və əməliyyat sistemi nüvəsi (kernel) tərəfindən idarə edilir.Prosess xüsusiyyətlərinə baxdıqda Hər prosessin unikal PID-i olur,Foreground (qabaq plan) və ya background (arxa plan) rejimində işləyə bilər,Prosesslərin idarəsi kernel tərəfindən həyata keçirilir və ps, top, kill kimi komandalardan idarə edilə bilər.Ən çox istifadə olunan prosess idarəetmə komandalarına nəzər saldıqda
- ps aux – Sistemdə işləyən bütün prosesləri siyahılayır.
- top – Canlı şəkildə prosess monitorinqi.
- kill PID – Müəyyən bir prosessi dayandırmaq üçün istifadə edilir.
Gəlin baxaq görək Job (Iş) nədir?Job, Linux terminalında işləyən bir və ya bir neçə prosesdən ibarət olan işdir. Hər job JID (Job ID) ilə təyin olunur Job xüsusiyyətlərinə baxdıqda Terminalda başladılan proqramlar job hesab olunur,Foreground və ya background rejimində işləyə bilər, Hər job JID (Job ID) ilə izlənilir və ən əsasıda jobs, fg, bg, kill %JID kimi komandalarla idarə edilə bilər.Ən çox istifadə olunan job idarəetmə komandalarına baxaq
- jobs – Hazırda işləyən job-ları siyahılayır.
- fg %JID – Arxa planda işləyən job-u qabaq plana gətirir.
- bg %JID – Dayandırılmış job-u arxa planda davam etdirir.
- disown %JID – Job-u terminaldan ayıraraq müstəqil edir.
Yekunda isə deyə bilərik ki, Prosess Linux kernelinin idarə etdiyi işləyən proqramın bir instansiyasıdır.Job terminalda başladılan və jobs komandası ilə izlənə bilən iş prosesidir.Bütün job-lar prosessdir, amma bütün proseslər job deyil. Terminaldan kənarda başlayan sistem prosesləri job sayılmır.Prosess və job anlayışlarının dəqiq başa düşülməsi, Linux sistem administrasiyası və ya SOC analitikləri üçün olduqca vacibdir. Siz də ps, jobs, kill kimi əmrləri praktik olaraq sınaya bilər və bacarıqlarınızı artıra bilərsiniz!