Kibertəhlükəsizlik

WhatsApp-da yeni təhlükəsizlik qaydaları

WhatsApp-da yeni təhlükəsizlik xüsusiyyətləri ilə hesabınızı təhlükəsiz tutmaq

WhatsApp, istifadəçilərinin təhlükəsizliyini qorumaq üçün müntəzəm olaraq yeni təhlükəsizlik xüsusiyyətləri təqdim edir. Bu xüsusiyyətlər, hesabınızı qorumağa və şəxsi məlumatlarınızı təhlükələrdən müdafiə etməyə kömək edir. Yeni təhlükəsizlik xüsusiyyətlərindən bəziləri aşağıdakılardır və onların necə istifadə ediləcəyini izah edəcəyəm

İki addımlı doğrulama, hesabınıza daxil olmaq üçün əlavə bir təhlükəsizlik qatıdır. Bu xüsusiyyət aktiv edildikdə, telefon nömrənizlə əlaqəli 6 rəqəmli bir PIN tələb edilir.Bəs necə aktivləşdirə bilərik?

  1. WhatsApp-a giriş edin.
  2. Sağ üst küncdəki üç nöqtəyə (menyu) klikləyin və “Ayarlar” seçin.
  3. “Hesab” bölməsinə daxil olun.
  4. “İki addımlı doğrulama”ya klikləyin.
  5. “Aktivləşdir” seçin və PIN yaradın.
  6. Email ünvanınızı daxil edərək, PIN-inizi bərpa etmək üçün kömək alabilərsiniz.

Digər təhlükəsizlik həllərindən biridə end-to-end şifrələmə WhatsApp, mesajlarınızı uçdan uca şifrələyir, bu da deməkdir ki, yalnız göndərici və alıcı mesajı oxuya bilər. WhatsApp özü mesajları oxumaq və ya izləmək imkanına sahib deyil.Bu xüsusiyyət avtomatik olaraq aktivdir və istifadəçi tərəfindən əlavə bir tədbir tələb etmir.Digər təhlüksəzilik həlli olaraq WhatsApp, profil fotoğrafınızı və haqqınızda bölməsini kimlərin görə biləcəyini idarə etməyə imkan verir.Bəs necə dəyişdirə bilərik?

  1. WhatsApp-da “Ayarlar” bölməsinə gedin.
  2. “Hesab” seçin və “Məxfilik”ə daxil olun.
  3. “Profil Fotoğrafı” və “Haqqında” seçimlərini tapın və burada “Hamı”, “Yalnız Kontaktlarım” və ya “Heç kim” seçimini edə bilərsiniz.

Həmçinin, son görülmə vaxtınız və online statusunuzu kimlərin görəcəyini də məxfilik parametrləri ilə tənzimləyə bilərsiniz.ayarları dəyişmək üçün

Ayarlar” -> “Hesab” -> “Məxfilik“ə gedin.
“Son Görülmə”, “Onlayn” və “Mavi İşarə”lər üçün fərdi seçimlər təyin edə bilərsiniz.

WhatsApp Web və desktop versiyası ilə hesabınıza daxil olmaq üçün ilk olaraq telefonunuzdan təsdiq etməlisiniz. Bu, uzaqdan hesabınıza daxil olmaq istəyən şəxslərə qarşı əlavə təhlükəsizlik qatıdır.Aşağıdakı ayarları izləyərək təhlükəsizliyi maxiuma qaldıra bilərik.

  1. WhatsApp-da “Ayarlar” -> “WhatsApp Web/Desktop” seçin.
    Buradan bütün aktiv sessiyaları görə və lazım gəldikdə onları bağlaya bilərsiniz.

 

Şəkil və Video Göndərərkən Təhlükəsizlik Şəkilləri göndərərkən “Özəl” rejim istifadə edə bilərsiniz. Bununla şəkil və video yalnız müvafiq şəxsə göndərilərək daha təhlükəsiz olur.Şəxsi məlumatlarınızı və ya gizli məlumatları başqalarına göndərərkən diqqətli olun, xüsusən şübhəli və tanımadığınız şəxslərlə əlaqə qurarkən.

Hətta diqqət yetirilməli qaydalardan biridə WhatsApp-da şübhəli və spam mesajlar ilə qarşılaşsanız, istifadəçiləri bloklaya və ya şikayət edə bilərsiniz. Həmçinin, bəzi şübhəli bağlantıları “Yoxla” düyməsinə klikləyərək yoxlaya bilərsiniz.Şübhəli nömrələri şikayət etmək üçün aşağıdakı addımları izləyək.

  1. Şəxsi söhbətə gedin.
  2. Sağ üst küncdəki üç nöqtəyə klikləyin.
  3. “Şikayət et” seçimini seçin və əlavə olaraq həmin istifadəçini bloklayın.

WhatsApp, zənglərinizi də uçdan uca şifrələyir. Bu, zənglərinizin heç bir üçüncü tərəf tərəfindən dinlənə bilməyəcəyini təmin edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button