Kibertəhlükəsizlik
SOC (Security Operations Center) olmaq üçün ilkin biliklər
Security operations center(SOC) — bir təşkilata qarşı olunan kiber hücumları izləyən, analiz edən və qoruyan informasiya təhlükəsizliyi (infosec) sahəsində təcrübəyə malik informasiya texnologiyaları (İT) mütəxəssisləri komandası üçün komanda mərkəzidir.
1. Əsas İT Bilikləri
- Əməliyyat Sistemləri: Windows və Linux əməliyyat sistemlərinin iş prinsipini, strukturlarını və təhlükəsizlik parametrlərini dərindən öyrənin.
- Şəbəkə əsasları: TCP/IP, DNS, DHCP, şəbəkə protokolları və şəbəkə arxitekturası haqqında biliklər əldə edin.
- Şəbəkə Trafik Analizi: Wireshark kimi alətlərlə şəbəkə trafikini təhlil etməyi öyrənin.
2. Kibertəhlükəsizlik Əsasları
- Zərərli proqramlar: Viruslar, trojanlar, ransomware və digər zərərli proqram növləri haqqında məlumat əldə edin.
- Təhlükəsizlik Konsepsiyaları: CIA üçbucağı, risk idarəetməsi, zəifliklərin idarə edilməsi və məlumatların qorunması konsepsiyalarını öyrənin.
- İstifadəçi və İcazə İdarəetməsi: Active Directory, IAM (Identity and Access Management) sistemlərini öyrənin.
3. SIEM Alətləri və Log Təhlili
- SIEM (Security Information and Event Management): Splunk, QRadar, AlienVault, ArcSight kimi SIEM platformalarını öyrənmək vacibdir. Bu alətlərlə loq fayllarını toplamaq, təhlil etmək və hadisələri izləmək öyrənilməlidir.
- Log Təhlili: Loq fayllarının oxunması və təhlili üzrə bacarıqlarınızı inkişaf etdirin. Hər hansı bir hadisəni aşkar etmək üçün müxtəlif mənbələrdən gələn loqların necə istifadə olunduğunu öyrənin.
- Kiberhadisə Təhlili: Hadisə cavab ssenariləri üzərində təcrübə aparın və müxtəlif hücum növlərini tanımağı öyrənin.
4. Təhlükəsizlik Alətləri və Texnologiyaları
- Antivirus və EDR: Endpoint Detection and Response (EDR) sistemləri və antivirus alətlərinin iş prinsipini öyrənin.
- Firewall və IDS/IPS: Firewall-lar, Intrusion Detection Systems (IDS), Intrusion Prevention Systems (IPS) kimi təhlükəsizlik avadanlıqlarının iş prinsipini və konfiqurasiyasını başa düşmək vacibdir.
- Vulnerability Management Tools: Nessus, OpenVAS kimi zəiflik skanlama alətləri ilə işləmək.
5. Praktiki Təcrübə
- Laboratoriya mühiti: Virtual laboratoriya quraraq müxtəlif hücum ssenariləri üzərində işləyin və hadisələrə cavab verin.
- Simulyasiya edilmiş hücumlar: CTF platformalarında və ya şirkətlərdəki real simulyasiyalarla təcrübə aparın.
- Hadisə cavabı məşqləri: Mümkün kiberhadisələr üçün reaksiyalarınızı sınamaq üçün təlimlərdə və məşqlərdə iştirak edin.
6. Sertifikatlar
- CompTIA Security+: Kibertəhlükəsizlik biliklərinin əsaslarını təsdiq edən başlanğıc səviyyəli sertifikatdır.
- Certified SOC Analyst (CSA): SOC analitiki olmaq üçün xüsusi olaraq hazırlanmış bir sertifikatdır.
- Certified Information Systems Security Professional (CISSP): Daha geniş və dərin kibertəhlükəsizlik biliklərini təsdiq edən sertifikatdır.
- Certified Incident Handler (GCIH): Hadisə idarəetməsi və hadisələrə cavab üzrə ixtisaslaşmaq üçün faydalı bir sertifikatdır.
SOC-un tərkibi
- Tier 1 Alert Analyst
- · Tier 2 Incident Responder
- · Tier 3 Threat Hunter
- · SOC Manager
Tier 1 Alert Analyst
- 24\7 Monitorinq
- Daxil olan alertləri analiz etmək
- İnsidentlərə uyğun olaraq tiket yaratmalı
- İnsidentin aradan qaldırılması prosesini İR komandası ilə təqib etməli
- Növbəni təhvil-təslim etməli
- Tier 1, Tier 2 komandalarına insident barəsində hesabat verməli
Tier 2 Incident Responder
- Daxil olmuş alertləri dərindən analiz etmək
- İnsidentin aradan qaldırılmasında birbaşa iştirakı
- Tier komandasına tövhələrini bildirməli
- Təhlükəsizlik Əməliyyat Platformasının və Proseslərin sazlanmasında iştirakı
- SİEM alətinin yüngül problemlərini aradan qaldırılmasında iştirakı
Tier 3 Threat Hunter
- SİEM alətinin qurulması, sazlanması, və yeniliklərin mütəmadi olaraq yüklənməsi
- Log mənbələrinin qoşulması, log mənbəyinin incəliklərinin sazlanması
- SİEM alətində tənzimləmə işlərinin aparılması : Korelasiya qaydalarının yaradılması, İnteraktiv Panellərin yaradılması, Hesabatların yaradılması, Siyahıların tətbiq olunması
- SİEMdə yaranmış problemlərin aradan qaldırılması üçün, vendorla komunikasiyada olması
- Cari İnfrastrukturda yerləşən log mənbələrinin siyahısının tətbiq olunması
- Tier 1\Tier 2 komandaları ilə bilgi bölgüsü etməli
- Daxil olan alert və insidentlər üzrə Playbookların yaradılması
- Növbə cədvəlinin tətbiq edilməsi
SOC Manager
SOC komandasının bütün resurslarını idarə edir və daha böyük təşkilat və ya müştərilər üçün əlaqə nöqtəsi mövqeyindədir.
Statuslar
True Positive — Modelin pozitiv hadisənin düzgün proqnozlaşdırdığı nəticədir.
True Negative — Modelin mənfi vəziyyəti düzgün proqnozlaşdırdığı bir nəticədir.
False Positive — Modelin pozitiv hadisəni səhv proqnozlaşdırdığı nəticədir.
False Negative — Modelin mənfi vəziyyəti səhv proqnozlaşdırdığı bir nəticədir.
Bu addımları izləməklə, SOC analitiki olmaq yolunda əhəmiyyətli bir irəliləyiş əldə edə bilərsiniz. Hər mərhələdə özünüzü inkişaf etdirərək bu sahədə peşəkar ola bilərsiniz.