Linux Apache Serverin qurulması
Apache HTTP Server və ya qısa olaraq Apache Linux, Unix, Windows, Mac, Solaris və digər müasir əməliyyat sistemləri üçün nəzərdə tutulmuş veb serverdir. Hal-hazırda internet saytların əksəriyyəti bu server ilə işləyir. Geniş imkanlara malikdir və elədə də açıq kod olduğundan hamı tərəfindən pulsuz istifadə oluna bilir.
Linux:
Tərif: Linux, açıq mənbə kodlu bir əməliyyat sistemidir. Bu, Unix-bazlı bir sistemdir və geniş çeşidli cihazlarda, o cümlədən serverlərdə, desktoplarda, mobil cihazlarda və daha çoxunda istifadə olunur.
Özəlliklər: Linux, stabilliyi, təhlükəsizliyi və qlobal icma tərəfindən dəstəklənməsi ilə tanınır. Yüksək səviyyədə konfiqurasiya və özelleştirme imkanı təqdim edir.
İstifadə: Linux serverlərdə çox geniş istifadə olunur, çünki onlar güclü performans, etibarlılıq və təhlükəsizlik təmin edir.
Apache HTTP Server:
Haqqında: Apache HTTP Server (adətən sadəcə “Apache” kimi tanınır), ən çox istifadə olunan açıq mənbə kodlu web server proqramıdır. Apache, HTTP (Hypertext Transfer Protocol) vasitəsilə veb səhifələrini istifadəçilərə təqdim edir.
Xüsusiyyətləri:
Modularlıq: Apache, müxtəlif modullar vasitəsilə əlavə funksionallıq təmin edir, məsələn, URL yönləndirmə, SSL/TLS dəstəyi və digər xüsusiyyətlər.
Konfiqurasiya: Apache çoxlu sayda konfiqurasiya seçimləri təklif edir, bu da onu çox çevik edir. “httpd.conf” adlı konfiqurasiya faylı vasitəsilə serverin davranışını təyin edə bilərsiniz.
Platformalar: Apache, müxtəlif əməliyyat sistemlərində işləyə bilir, lakin Linux üzərində geniş şəkildə istifadə olunur.
İstifadə: Apache, veb səhifələrinin server tərəfində işləməsini təmin edir və çoxlu veb tətbiqetmələr üçün populyar bir seçmədir.
Linux və Apache Serverin Birlikdə İstifadəsi:
Linux və Apache server birləşməsi çox populyardır və bir çox veb saytın və onlayn xidmətlərin təmin edilməsi üçün istifadə olunur. Linux əməliyyat sistemi Apache serverini idarə edir və web server olaraq onun mükəmməl performansını təmin edir.
Bu birləşmə çox sayda veb hosting xidməti göstərən, şirkətləri və developerlər tərəfindən istifadə olunur, çünki həm Linux-un, həm də Apache-in açıq mənbə kodlu olması onlara şirkətlərinin xərclərini azaltma imkanı təqdim edir.
İndi isə keçək quraşdırılmaya:
Debian üzrə Apache Qurulması
Sistem Paketlərini Yeniləyin:
3. Apache Serverinin Statusunu Yoxlayın:
Apache serverinin işlədiyini yoxlamaq üçün:
Komanda: sudo systemctl status apache2
CentOS/Red Hat Üzrə apache qurulmasını göstərəcəyik
Sistem Paketlərini Yeniləyin:
sudo yum update
Quraşdırıldıqdan sonra apache serverini test etmək lazımdır:
Brauzerinizdən http://localhost
və ya serverinizin IP adresinə giriş edərək. Apache-nin standart əsas index səhifəsini görməlisiniz.
Apache serverinin konfiqurasiyası
Apache serverinin əsas konfiqurasiyasının faylı bu ünvanda yerləşdir /etc/apache2/apache2.conf
(Ubuntu/Debian) və /etc/httpd/conf/httpd.conf
(CentOS/Red Hat) yerləşir.
Bu fayl vasitəsilə serverinizin tənzimləyə bilərsiniz.
Veb saytlar əlavə etmək: Veb saytlarınızı yerləşdirmək üçün /var/www/html
(Ubuntu/Debian) və /var/www
(CentOS/Red Hat) dizinlərinə fayllarınızı yerləşdirə bilərsiniz. Yeni veb saytlar əlavə etmək üçün virtual hostlar tənzimlənə bilər.
Virtual Host Konfiqurasiyası (Ubuntu/Debian):
- Virtual host faylları
/etc/apache2/sites-available/
dizinində yerləşir. - Yeni virtual host əlavə etmək üçün yeni fayl yaradın və konfiqurasiya edin. Sonra
a2ensite
əmri ilə aktivləşdirin.